163 3. Su və onun bioloji funksiyaları. Bioloji sistemlərin təşki-
lində və maddələr mübadiləsində suyun rolu. Suyun fiziki xassə-
lərinin anomaliyaları və bu anomaliyaların bioloji sistemlərin qu-
rulmasında rolu. Hidrogen rabitəsi və onun enerjisi. Su molekul-
ları arasındakı hidrogen rabitəsi. Buz kristalının və suyun struk-
turu. Zülalların və digər biopolimerlərin bioloji aktivliyində su-
yun və hidrogen rabitələrinin rolu. 4. Biosistemlərin termodinamikası. Klassik termodinami-
kanın əsas anlayışları, canlı sistemlərin termodinamikası. Termo-
dinamikanın I və II qanunları. Entropiya. Bioloji sistemlər açıq
sistemlər kimi. Açıq sistemlərdə entropiya dəyişməsi. Bioloji sis-
temlərin stasionar halları. Entropiya yaranmasının hərəkətverici
qüvvə və reaksiya sürəti (sel) ilə əlaqəsi. Canlı sistemlərdə termo-
dinamikanın sanki ödənilməyən II qanununun izahı. Priqojin teo-
remi. Canlı sistemlərdə Le Şatelye prinsipi. Onzager düsturları.