7
I. İXTISASIN PEŞƏ HAZIRLIĞI FƏNLƏRİ
MEXANİKA
İzahat vərəqi
Fənnin tədrisində məqsəd. Ümumi fizika kursunun bir böl-
məsi olan «Mexanika» fənninin «Fizika – 050503» ixtisası üzrə
bakalavriat pilləsində təhsil alan tələbələrə tədrisində məqsəd
onlara mexanikanın kinematika, dinamika və statika bölmələrinə
dair mövzuları orta məktəbdəkindən daha yüksək səviyyədə tədris
etməklə uyğun fiziki hadisələrin mahiyyətinin, baş vermə mexa-
nizmini və mahiyyətini dərindən dərk etmək, riyazi təsvirini ba-
carmaq üçün biliklər vermək, eləcə də öyrəndiyi fiziki qanunların
həyatda tətbiqlərinə maraq və vərdişlər aşılamaqdan ibarətdir.
Dostları ilə paylaş: