16. Nüvə reaksiyaları. Giriş və çıxış kanalları. Ekzotermik
və endotermik nüvə reaksiyaları. Astana enerjisi. Nüvə reaksiya-
larında saxlanma qanunları. Reaksiyanın effektiv kəsiyi. Dəqiq
müvazinət prinsipi. Aralıq nüvə mexanizmi, Bor nəzəriyyəsi.
Səviyyənin eni anlayışı. Neytronlarla baş verən reaksiyalar.
Breyt-Viqner ifadələri, rezonans udulma və buraxılma. Birbaşa
gedən nüvə reaksiyaları.
17. Neytron fizikası. Neytronun kəşfi. Neytron mənbələri.
Neytronların enerjilərinə görə təsnifatı. Neytronların nüvə ilə
qarşılıqlı təsirinin növləri: radiasiya zəbti, protonların və alfa-
zərrəciklərinin yaranması ilə gedən proseslər. Neytronların təsiri
ilə nüvələrin bölünməsi. Neytronların maddə ilə qarşılıqlı təsiri.
Neytronların qeyd olunması metodları.