Duyğular haqqında anlayış


Fərqləndirmə  həddi,  fərqləndirmə  həssaslığı



Yüklə 249,32 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix02.01.2022
ölçüsü249,32 Kb.
#40650
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu.4 İdrak proseslərinin ümumi xarakteristikası. Duyğular

Fərqləndirmə  həddi,  fərqləndirmə  həssaslığı  məsələsi  də  duyğulara  xas  olan 

qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni 

zamanda  təsir  edən  qıcıqların  kəmiyyət  dəyişmələrini  də  duyur.  Fərqləndirmə 

həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə 

duyğu əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən  kiçik fərq 

kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə 

nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 

0,9  şam  əlavə  edilərsə,  bu  əlavələrin  heç  biri  bizdə  yeni  duyğu,  yəni  fərqləndirmə 

duyğusu  əmələ  gətirməyəcəkdir.  Əgər  bir  şam  əlavə  edilərsə  biz işığın  gücləndiyini 

duyacağıq.  Deməli  görmə  duyğusu  üçün  fərqləndirmə  həddi  1/100-ə      bərabərdir. 

Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir 

edən qıcığın kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti 

ilə  artım  arasında  olan  nisbətdən  asılıdır.  Bu  nisbət  müxtəlif  analizatorlar    üçün 

müxtəlifdir. Məsələn,  görmə analizatorları üçün  təxminən 1/100-ə, eşitmə analizatoru 

üçün 1/10-ə, toxunma analizatoru üçün 1/30-ə bərabərdir.    

Alman  fiziki  Q.Fexner  Veberin  eksperimentlərindən  çıxış  edərək  duyğunun 

intensivliyi  ilə  qıcığın  qüvvəsi  arasındakı  olan  asılılığı  aşağıdakı  düsturla  ifadə 

etmişdir: 

                   


Yüklə 249,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin