Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi
mövcuddur.
İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə
toxunduqda əmələ gəlir.
Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə
təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları,
sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir
çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa
nöqtələr ağrı duyğularını yaradır.
Dostları ilə paylaş: |