3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə
münasibət bildirir.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair
məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu
nümayiş etdirir.
4.3.1. Kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər
haqqında məlumatlar toplayır, referatlar hazırlayır.
Dostları ilə paylaş: |