II FƏSİL Transmilli münasibətlər və transmilli korporasiyalar
2.1 Transmilli korporasiya anlayışı, strukturu və onların yaranma səbəbləri
Transmilli şirkət anlayışı, sürətlə irəliləyən texnoloji inkişafla eyni vaxtda
yaranan anlayışdır. Transmilli şirkət anlayışının izahına bir çox yanaşmalar
mövcuddur. Ən sadə izaha görə, fərqli ölkələrlə əlaqəli quruluş və mərkəz
büroları əhatə edən və fərqli məqsədləri olan şirkətlərin coğrafi cəhətdən
parçalandığı qruplardan meydana gələn şirkətdir.
30
Geniş mənada izaha görə, transmilli korporasiya müxtəlif ölkələrdə qız
şirkətlər və filialları ilə fəaliyyət göstərən, ümumi satışlarının və iş prosesinin
20%-i “ana ölkə” xaricində olan şirkətlərdir.
31
Birbaşa xarici investisiyaların tez
bir şəkildə artımı, əməyin texnoloji bölgüsünün firma, sahələrdən və milli
sərhədlərdən kənara çıxması müxtəlif ölkələrdə və hətta müxtəlif qitələrdə
filialları ilə birlikdə nəhəng beynəlxalq elmi istehsal komplekslərinin yaranması
ilə
müşayət olunur. Transmilli korporasiyalar elmi-texniki inkişafın
sürətlənməsini istehsalın effektivliyi, menecment formalarının təkmilləşdirilməsi,
müəssisələrlə idarəçilik kimi istiqamətlərində təmin etməklə dünya iqtisadiyyatını
dünya istehsal təsərrüfatına çevirir.
Rugman və Hodgetts transmilli korporasiyanın izahını bu cür vermişdir:
“TMK mərkəzi bir ölkədə olub fəaliyyətləri digər ölkələrdə də davam edən
şirkətdir”
32
.
TMK-lar haqqında iki önəmli məsələ vardır:
33
1. Bu
şirkətlərin həqiqətən istehsala istiqamətlənmiş fəaliyyət
göstərmələri;
2. Səlahiyyətlərinin birdən çox ölkədə rellaşdırılması.
30
Sumantra Ghoshal & Christopher A. Bartlett, “The Multinational Corporation as an
Interorganizational Network”, The Academy of Management Review, Cild. 15, №. 4, October
1990, s. 603
31
Fikret Güntekin, “Çok Uluslu İşletme ve Uluslar arası İşletme”, s.3
http://fikretgultekin.com/yukseklisans/%C3%87okuluslu%20%C4%B0%C5%9Fletmeler.pdf
(17 Haziran 2009)
32
Rugman və Hodgetts (1995) səh.51
33
Erkal Fidan, “Çok Uluslu Şirketler ve Az Gelişmiş Ülkelere Etkileri”,Celal Bayar Üniversitesi İİBF Yönetim ve
Ekonomi Dergisi, Cilt:1,Sayı:1,1995,səh.102
43
İqtisadi və maliyyə gücü nəzərə alınaraq transmilli şirkətlərə aşağıdakı
təriflər verilmişdir:
o Bruck və Leese görə xarici ölkələrdəki istehsalı və işçi heyəti ümumi
istehsalının və işçi heyətinin əsas hissəsini təşkil edən şirkətlərdir.
34
o McDonald və Parkerə görə xaricdəki sərvətləri ümumi sərvətlərinin
ən az 20%-ni təşkil edən şirkətlərdir.
35
o Vernona görə, fərqli millətlərdən təşkil olunmuş şirkətlərin ortaq
rəhbərlik strategiyası üçün ortaq mülkiyyət və məsuliyyət məqsədilə
birləşməsindən yaranan şirkətlərdir.
36
Beləliklə, Transmilli korporasiyalar istehsal və ticari-satış fəaliyyəti
dövlətin milli sərhədlərini aşan elə bir korporasiyalardır ki, fəal şəkildə BƏB-in
obyektiv tendensiyalarından yararlanır və dünyanın beynəlmiləlləşməsi prosesini
gücləndirir, bu da əməyin dünyəvi bölgüsündə yeni sxemlərin yaradılmasına
gətirib çıxarır. TMK-lar bu korporasiyaların bazalaşdığı əsasən ölkə kənarlarında
yerləşərək, müxtəlif ölkələrdə ümumi filial və bölmələr şəbəkələrinə malik olan
və bu və ya digər əmtəənin istehsalı və reallaşdırılmasında aparıcı yer tutan
istehsal və xidmətlər kompleksinə malikdir və ya bu korporasiyalar tərəfindən
nəzarət edilir. Xarici ədəbiyyatlarda TMK-ların aşağıdakı əlamətləri ayrılır:
1.
firma buraxılmış məhsulu birdən çox ölkədə reallaşdırır.
2.
onun müəssisə və filialları iki və daha çox ölkədə yerləşir.
3.
onun sahibləri müxtəlif ölkələrin rezidentləri sayılır.
Sadalanan bütün bu əlamətlər TMK-ları istifadə, istehsal və mülkiyyət
sferalarına aid edir. Real olaraq funksionallaşan firmaların sadalanan
əlamətlərdən istənilənə cavab verməsi kifayətdir ki , onlar TMK-lar kateqoriyası
qəbul etsinlər. Bir çox nəhəng kompaniyalar eyni zamanda hər üç əlamətə
malikdirlər. TMK əlamətləri daşıyan firmalar çoxdan yaranıb. Ancaq TMK-ların
34
Tümer, Mehmet; “Çok Uluslu işletmelerde Kültürün Yöneticiler Üzerine Olan Etkileri”, Human Resources,
Ekim-Kasım-Aralık 1998, s. 34.
35
McDonald, John G. – Parker, Hugh; “Creating a Strategy for International Growth”, International Enterprise,
McKinsey Co. Inc., New york 1962, s. 17.
36
Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers, New York 1974, s. 21.
44
formalaşması barədə fərqli fikirlər mövcuddur. İqtisadçılara görə, 15-16-cı əsrlər
TMK-ların yaranması dövrüdür. Bu dövrlərdə, xüsusən İngiltərədəki TMK-lar bu
ölkə ilə müstəmləkələri arasında əmtəə ticarətində vacib rol oynamışlar. İkinci
dünya müharibəsindən sonra ticarətin sərbəstləşməsi nəticəsində TMK-lar
bugünkü vəziyyətlərini almışlar
37
.
Başqa bir mənbədə TMK-ların 19-cu əsrin ortalarında sənaye sahəsində
meydana gəldikləri və ikinci dünya müharibəsindən sonra təşkilati formaya
keçdikləri bildirilir.
38
Kapitalın təmərküzləşməsi şəraitində planetar miqyasda
istehsalın məkan cəhətdən desentralizasiyası inkişaf etməyə başladı.
Nəhəng sənaye firmalarının transmilli fəaliyyətinin ilk mərhələlərində
əvvəlcə, xarici dövlətlərin xammal sahəsinə investisiya yatırdılar, eləcə də həmin
ölkələrdə özlərinin distributiv və satış bölmələrini qurdular. Bu bölmələrin
yaradılması təkcə ona görə deyildi ki , ölkədən kənarda istehsal müəssisələrinin
yaradılmasından öz sərhəddən kənar bölmələrinin qurulması daha az investisiya
tələb edirdi, eləcə də ev müəssisələrinə effektiv güc imkanlarının cəlb olunması
səviyyəsini qorumaq xüsusiyyətlərinə yeni istehsal gücllərinin neqativ təsir
imkanları mövcud idi. Belə təsir xüsusən eyni və zəif differensiyallaşmış
məhsulların istehsalında özünü ən pis tərəfdən göstərirdi. Sərmayə yatırtmaq üçün
bütövlükdə 4 səbəbin olduğu qəbul edilmişdir: təbii sərvətlərə sahib olmaq, yeni
bazarlar əldə etmək, rasionallaşdırma vasitəsi ilə hal-hazırdakı xarici istehsalı
yenidən dirçəltmək və strateji önəm daşıyan mənbələri istifadə edə bilmək. İlk 3
səbəb aktiv dəyərləndirməyə aiddir, sonuncu səbəb isə aktiv inkişafla əlaqəlidir
və şirkətin məqsədi mövcud olan aktivlərə yenilərini əlavə etmək olmalıdır.
39
İlk TMK hollandiyalı “Unique Margarin” ilə ingilis “Lever Brothers”
olmuşdur. Bu iki şirkətin birləşməsindən Unilever meydana gəlmişdir.
37
Chris Adams; Richard Coombes, Global Transfer Pricing: Principles and Practise,
LexisNexis: UK, 2003, s. 1
38
Paul Hirst ve Grahame Thompson, “Küreselleşme Gerekli bir mit mi?”, (Çev). Nasuh Uslu, Küreselleşme
Okumaları, (Edit.) Kudret Bülbül, Ankara: Kadim Yayınları, Haziran 2006. s.46
39
Dunning,(Çev).Keskin, s.426
45
TMK-ların strategiya təkamülünün ikinci mərhələsi sonuncuların əcnəbi
ölkələrdə istehsal bölmələrinin rolunun güclənməsi və xarici istehsal və ticarət-
satış əməliyyatlarının inteqrasiyası ilə bağlıdır. Bununla da xarici istehsal
bölmələri əsasən o məhsulların istehsalında ixtisaslaşırdılar ki, əvvəlki
mərhələlərdə sonuncunun istehsal tsikli ana firmalar tərəfindən həyata
keçirilmişdi. Tələbin differensiasiyası və dünyanın müxtəlif regionlarında
inteqrasiya prosseslərinin güclənməsi fonunda TMK-ların istehsal filialları daha
çox ana firmanın istehsal etdiyi əmtəədən seçilən məhsulun istehsalına yönəlmiş
şəkildə qurulur , ticarət-satış bölmələri isə regional bazarlarda artıq formalaşmış
xidmətlərlə məşğuldur. Birbaşa xarici investisiyaların müharibədən sonrakı artımı
müşahidə olunur , onların artımı bilavasitə TMK-ların fəaliyyəti ilə bağlıdır. Ən
böyük kreditor ABŞ idi , investisiyaların demək olar hamısı inkişaf etməkdə olan
ölkələrə yönəldilirdi. Ancaq 70-ci illərin əvvəllərindən başlayaraq artım
dayanmağa doğru sürət aldı, onların istiqaməti dəyişdi – onlar əsasən Qərbi
Avropa ölkələrinə yönəlmiş oldu. 1980-ci illərdən başlayaraq İngiltərə, Almaniya,
Kanadadan birbaşa investisiyalar ABŞ-a istiqamət aldı.
Transmilli korporasiyaların yaranma səbəbləri demək olar ki, müxtəlifdir,
ancaq onların hamısı bu və ya digər formada bazarın qeyri-mütəşəkilliyi,
beynəlxalq ticarətin inkişafı yolunda məhdudiyyətlərin olması, istehsalçıların
güclü monopol hakimiyyətinə malik olması, transport xərcləri, vergi
qanunvericiliyində fərqliliklə bağlıdır. TMK-ların bir sıra danılmaz üstünlükləri
var. Xarici ölkələrdəki filiallar TMK-ların xarici bazarlara çıxışı, istehsal
xərclərinin azaldılması, gəlirlərin artırılmasının təminatçısı kimi vacib rol
oynayırlar. Bütün bunlar TMK-lara maliyyə sabitliyi bəxş edir və böhran
dövrlərində tab gətirməyə imkan verir.
Aşağıda göstərilmiş imtiyazlar ( üstünlüklər ) hamı üçün aydın olduğundan
onlara
TMK-ların fəal inkişafına kömək edən səbəblər kim yanaşmaq olar :
effektivliyin artırılması və rəqabətqabiliyyətliliyin gücləndirilməsi,
göstərilən əlamətlərin adaptasiya edilməsi, öz strukturlarına təminat, istehsal,
46
elmi-tədqiqat, distribütor və ticarət-satış müəssisələrini inteqrasiya edən nəhəng
firmaların ümumi hədəfləri sayılır ;
öz mülkiyyətinin texnologiya qarşılığında satışının təşkili üçün bazar
mexanizmlərinin qeyri-mükəmməlliyi , istehsal təcrübəsi , ilk öncə idarəçilik və
marketinq təcrübəsi və digər bu kimi “ intangible property ” (hiss edilməz
aktivlər) aktivlərin çatışmazlığı firmanı öz aktivləri üzərində nəzarəti saxlamağa
məcbur edir. TMK-lar çərçivəsində belə aktivlər mobil halda mövcuddur , digər
ölkələrə daşına bilər və bu aktivlərin istifadəsinin yan təsirləri nəhəng
korporasiyaların sərhədlərini aşmır;
Xarici ölkələrin resurslarına çıxış əldə etmək yolu ilə
effektivliyin artırılması və rəqabətqabiliyyətliliyin gücləndirilməsinin əlavə
imkanları ( daha ucuz və daha ixtisaslı işçi qüvvəsinin, xammal resurslarının,
elmi-tədqiqat potensialı,ölkənin istehsal imkanları və maliyyə resurslarından
istifadə );
Firmanın xarici ölkədəki filiallarının istehsalı olan məhsul
istehlakçılarına yaxınlıq və bazarın perspektivi , qəbul edən ölkənin firmasının
rəqabət potensialı haqqında informasiya əldə etmək imkanı , TMK-ların filialları
ona firma və onun filiallarının elmi-texniki və idarəçilik potensialından istifadəsi
nəticəsində qəbul edən ölkənin firmaları qarşısında vacib imtiyazlar qazandırır;
Öz maraqları naminə dövlət, xüsusən də, vergi siyasətindən, valyuta
kursundakı fərqlər və s. imkanlarından istifadə qabiliyyəti;
Dəbdən düşərək köhnəlməsi halı baş verərsə, texnologiya və məhsulların
xarici filiallara atılması və bölmələrin güc və resurslarının yeni
texnologiya, məhsulların hazırlanması üçün ana firmada cəmləşdirilməsi
yolu ilə həmin texnologiya və məhsulların həyat tsiklinin uzadılması
imkanları;
Beləliklə, 60-cı illərdə ABŞ-dan Avropaya olan böyük investisiya axını
Avropa iqtisadi cəmiyyətinin qoyduğu tariflərlə, belə desək, yubadıldı. TMK-lar
hazır məhsulların eksportu yerinə həmin Avropa ölkələrində tariflərdən yan
47
keçərək daxildə istehsalı təşkil etdilər. Xarici iqtisadi ekspansiyanın konyunktur
tərəddüdlərini yumşaldılması işində vasitə kimi effektivlik həmişə yüksək
qarşılanır və iqtisadi riskin azaldılması üçün təmiz milli xarakterli üsulları təmin
edən faktorlardan daha yaxşı hesab edilir. Öz istehsal ölçüləri ilə korporasiya o
vaxt müstəqil manevr edə bilər ki, o istehsalın kiçik ölçüsündə belə gəlir
götürmək qabiliyyətinə malik olsun. İstehsal filiallarının müxtəlif ölkələrdəki
ümumdünya şəbəkəsi TMK-lara maksimal xeyirlə məhsulu realizə etmək şəraiti
verilən yerdə istehsalı gücləndirmək, ziyan olan yerdə isə məhdudlaşdırmaq
imkanı verir. Beynəlxalq konsernlərə daxil olan firmalar ağır vəziyyətlərdə ziyan
gətirən məhsulu dayandırmaq imkanına sahibdirlər. Milli firmalarla müqayisədə
TMK-ların fəaliyyətinin daha qətiyyətli olması onunla izah olunur ki , onlar daimi
xərclərini ört-basdır etmək üçün nəinki ziyanlı istehsalın saxlanması yolundan
istifadə edir, eləcə də digər ölkələrdən alınan gəlirlərin hesabına bunu realizə
edirlər.
Həlli tələb olunan məsələlərdən ən əsası kapitalın hansı ölkələrdən daxil
olması deyil, hara onun meyl etməsi, harada əməliyyat şəklində təşkili, gəlirlərin
haradan cəlb edilməsidir.
Beynəlxalq korporasiyalar aşağıdakı əsas xüsusiyyətlərlə xarakterizə
olunur :
Dostları ilə paylaş: |