3.2 TMK-ların iqtisadi qloballaşmaya təsiri və bundan Azərbaycana düşən
pay
Son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət
nəticələrin əldə olunmasına şərait yaratmışdır. Azərbaycanda makroiqtisadi
sabitliyə, dayanıqlı iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və
əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar əldə olunmuşdur. Eyni
zamanda, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkarlığın
inkişaf etdirilməsi, innovasiyalara əsaslanan iqtisadiyyat modelinin bərqərar
olması istiqamətində mühüm addımlar atılmışdır. Hazırda əsas hədəfi çoxşaxəli,
səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin
rifahının layiqli səviyyəyə çatdırılması, habelə elmin və mədəniyyətin inkişafında
yeni nailiyyətlərin əldə olunması olan iqtisadi siyasət ölkəmizdə uğurla davam
etdirilməkdədir. Dünya İqtisadi Forumunun 2013-cü ildə üzrə “Qlobal
rəqabətədavamlılıq hesabatında” Azərbaycanın dünyanın 144 ölkəsi arasında 39-
cu yeri tutması və MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olması milli
iqtisadiyyatımızın xarici investisiyalar üçün cəlbediciliyinin artdığını göstərir.
İnnovasiyalar əsasında inkişaf mərhələsində olan bir sıra ölkələrin təcrübəsi
göstərir ki, innovativ iqtisadiyyatın qurulmasında dövlətlə yanaşı, böyük istehsal
potensialına, müasir menecment sisteminə və əhatəli satış şəbəkələrinə malik olan
92
Trans Milli Korporasiyalar (TMK) da yeniliklərin yaranmasında və
kommersiyalaş- masında müstəsna rol oynayırlar. İnnovasiya sistemlərinin əsas
subyektləri universitetlər (bilik yaradırlar), dövlətlər (bilikləri maliyyələşdirir və
yaradır), TMK-lar və onların müxtəlif ölkələrdəki filiallarıdır. Müasir TMK-lar
yeni biliklərin maliyələşdirilməsi, yaradılması və kommersiyalaşdırılması
sisteminin mühüm elementi hesab olunur.
Xarici bazarlara giriş istiqamətləri və bu bazarlarda fəaliyyət üçün
firmaların qarşısına müxtəlif alternativlər çıxır. Onu da qeyd etmək lazımdır ki,
dövlət daxilində və ixrac ediləcək ölkələrdəki rəqabət mühiti firmalrı xarici
bazara girmək üçün bir neçə vasitədən istifadə etməyə məcbur edə bilər.
103
Transmilli şirkətlər bir ölkədə fəaliyyətə başladıqda yerli rəqiblərini aradan
qaldırır, yerli sənayeni inkişaf etdirmək istəyində olan kiçik iş adamlarının
həvəslərini əzib keçirlər. Məsələn, dünyanın dörd bir tərəfindəki içki istehsalçıları
“Coca-Cola” və “Pepsi” ölkələrinin bazarlarına daxil olanda “əzildilər”.
104
Transmilli korporasiya olan Mc Donalds ucuz işçi qüvvəsi ilə xüsusilə
Uzaq Şərqi özünə məskən etmişdir. Bu barədə J.G.Allard belə demişdir: “Mc
Donalds-ın payladığı oyuncaqlar gündə 16 saat ərzində yalnız qarınlarını
doydurmaq üçün işlədilən çinli uşaqlar tərəfindən istehsal edilir.
105
Beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrin optimal səviyyəsinə nail
olunması, respublikanın xarici iqtisadi fəaliyyət strategiyasının mühüm tərkib
elementlərindən biri kimi səciyyələnməlidir. Göstərilən istiqamətin zəruriliyi hər
şeydən əvvəl həmin qurumların dünya iqtisadiyyatının inkişafında əvəzedilməz
rolu, eləcə də Azərbaycanın xarici investisiyalara olan böyük ehtiyacı, beynəlxalq
iqtisadi münasibətlər sferasında etibarlı tərəfdaş imici qazanması problemi və
sairə amillərlə şərtlənir.
103
Akat, Ömer; Uluslararası Pazarlama Karması ve Yönetim, Ekin Yayınları (2. Baskı), Bursa 1998.
104
Stiglitz, Joseph.E; Küreselleşme Büyük Hayal Kırıklığı, Plan B Yayıncılık, Çev: Arzu Taşçıoğlu &
Deniz Vural, 3. Baskı, İstanbul, Kasım 2004.s.89
105
Allard, Jean-Guy; “Mc Donald’s Kaderiyle Yüz Yüze”
93
Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin təhlili göstərir ki, 90-cı
illərin ortalarına kimi ölkənin xarici iqtisadi həyatında müsbətə doğru heç bir
dəyişiklik baş verməmişdir.
Apardığımız tədqiqatlar göstərir ki, əgər 1985-ci ildə bütün maliyyə
mənbələri hesabına investisiya qoyuluşlarının ümummilli məhsulda çəkisi 40%
təşkil edirdisə, 1992-ci ildə bu rəqəm 17%, 1994-cü ildə isə cəmi 4% təşkil
etmişdi. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə
göstərilən nisbətin səviyyəsi 20-40% arasındadır. Əgər respublikada istehlak və
investisiya tələbatının dinamik olaraq artdığını, eləcə də struktur modernləşmənin
qaçılmaz olduğunu nəzərə alsaq, onda Azərbaycan üçün real göstərici 40-50%
hesab oluna bilər.
106
90-cı illərin ortalarında 4%-lik göstəricinin ölkə iqtisadiyyatı üçün nə
demək olduğunu, zənnimcə, sübut etməyə heç bir zərurət yoxdur. Onu da qeyd
etmək lazımdır ki, xarici iqtisadi fəaliyyət subyektləri tərəfindən 1994-cü ildə
ölkəyə cəmi 158 milyon dollar həcmində investisiya və kreditlər cəlb olunmuşdu.
Lakin
1994-1995-ci
illərdən
başlayaraq iqtisadiyyata investisiya
qoyuluşlarında köklü müsbət dəyişikliklər baş vermişdir. Bu müsbət meylin
yaranması isə şübhəsiz ki, sabiq prezident Heydər Əliyevin həyata keçirdiyi
sistemli xarici iqtisadi siyasətin məntiqi nəticəsi kimi qəbul edilməlidir. 1995-ci
ildən başlayaraq bu günə kimi xarici investisiyaların ölkə iqtisadiyyatına axını
dinamik şəkildə artmağında davam etməkdədir. Qəbul edilən xarici birbaşa
investisiyaların böyük əksətiyyəti neft sektoruna yönəldilir. Bununla bərabər bu
gün ölkəmizdə qeyri-neft sektorlarına da xarici kapital qoyuluşları xeyli
artmaqdadır. Qeyri-neft sektoruna kapital qoyuluşuna artan meyl özünü daha
qabarıq şəkildə ərzaq, tütün məmulatları və tikinti məhsulları istehsalı sahəsində
göstərir. Bundan başqa neft sektoruna və istehsalın digər sahələrinin tələbatını
ödəmə istiqamətli xidmət sahələrinə xarici kapital axının güclənməsi müşahidə
olunmaqdadır. “Artur Anderson”, “Prays Vaterhaus”, “KPMC” və digər bu kimi
106
Osman Nuri Araz , Elçin Süleymanov “ Azərbaycan iqtisadiyyatı”. Bakı 2010
94
iri transmilli korporasiyaların nümayəndəlik və yaxud filiallarının Azərbaycanda
fəaliyyət göstərməsi göstərilən istiqamətlərdə investisiyaların cəlb edilməsinin
yüksələn xəttlə inkişaf etdiyini göstərir.
Ölkəmizin birbaşa xarici investisiya axını prosesində ixracatçı kimi çıxış
etməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Azərbaycanın bu prosesdə iştirakı
hələlik epizodik xarakter daşıyır. Belə ki, bu günə kimi fəaliyyəti respublikanın
tədiyyə balansında öz əksini tapan yeganə istehsal müəssisəsi ölkəmizin Rusiya
paytaxtında yerləşən şərabçılıq zavodudur. Bu müəssisə keçmiş SSRİ dövründən
Moskva şəhərində fəaliyyət göstərirdi, lakin SSRİ parçalanandan bir neçə il sonra
müəssisə fəaliyyətini dayandırmışdı. Cəmi bir neçə il bundan öncə öz fəaliyyətini
yenidən bərpa etmiş bu müəssisədə bu gün yüzlərlə adam çalışır. 50-60 adda
spirtli içki Azərbaycanın ticarət markaları ilə istehsal edilir. Təsərrüfat
subyektinin satış həcmi günü-gündən artır, çünki istehsal edilən məhsullar yüksək
keyfiyyətlidir, yüksək səviyyədə də reklam olunur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın kapital ixracatçısına
çevrilməsi milli-iqtisadi mənafelər baxımından çox sərfəli olsa da, yaxın
gələcəkdə belə bir prosesin başlanılması hələ ki gözlənilmir. Azərbaycanın milli
dövlətçiliyinin güclənməsi və milli iqtisadiyyatının inkişafı ilə paralel olaraq
həmin biznes subyektlərinin fəaliyyəti genişlənir, inkişaf edir. Ona görə də, bu
istər Azərbaycana investisiya cəlb olunması, istərsə də ölkəmizin kapital
ixracatçısına çevrilməsi prosesində onun potensial inkişaf imkanları kimi
qiymətləndirilməlidir.
Dünya ölkələrinin təcrübəsi sübut edir ki, iqtisadiyyata xarici
investisiyaların cəlb olunması bir sıra mühüm üstünlüklərə malikdir:
-Əvvəla, birbaşa xarici investisiya qoyuluşu ölkədə xalq istehlakı malları
istehsalına və xidmətlərin genişlənməsinə, yeni texnologiyalara, idarəetmənin
qabaqcıl üsullarına yiyələnməyə, real bazar münasibətlərinə uyğun infrastruktur
yaradılmasına şərait yaradır;
95
-İkincisi, xarici ölkələrdən alınan borc və kreditlərdən fərqli olaraq xarici
investisiya xarici borca əlavə ağırlıq gətirmir, əksinə, onun ödənilməsi üçün
vəsait əldə etməyə imkan yaradır;
-Üçüncüsü, birbaşa xarici investisiya qoyuluşu istehsal və elmi-texniki
kooperasiya hesabına milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə daha səmərəli
inteqrasiyasını təmin edir.
107
Aydındır ki, Azərbaycan Respublikası xarici investisiyaların cəlb
olunmasında əsas məqsəd iqtisadiyyatın, həmçinin sahibkarların potensial
imkanlarını reallaşdırmaq, işgüzarlıq fəaliyyətini artırmaq, ölkənin milli
sərvətlərindən və ehtiyatlarından səmərəli istifadə etməkdən ibarət olmalıdır.
Beynəlxalq təşkilatların və dövlətlərin birbaşa köməkliklərdən istifadə
edərək milli iqtisadiyyatın dinamik inkişafını və əhalinin yüksək həyat
səviyyəsini təmin etmək, bazar münasibətlərinə əsaslanan səmərəli təsərrüfat
sistemi yaratmaq və bir sıra digər problemlərin həlli üçün də bu yol ən münasib
variant kimi hesab edilməlidir.
Aydındır ki, iri investorlar kapital ixracını həyata keçirməklə ilk növbədə
öz iqtisadiyyatlarının və yaxud firmalarının iqtisadi inkişafını nəzərdə tuturlar.
Beləliklə, iqtisadi cəhətdən zəif ölkələr, o cümlədən Azərbaycan
Respublikası iqtisadi inkişaf üçün son dərəcədə zəruri olan birbaşa
investisiyaların cəlb eilməsi üçün əlverişli şərait yaratmalı, başqa sözlə
“investisiya iqlimi”ni investorlar üçün əlverişli etməlidirlər. Ancaq elə məhz
buradaca bir-birinə zidd iki problem ortaya çıxır: bir yandan kapital ixracının
subyekti olan ölkələrin milli və ya dövlət mənafelərinin təhlükə altına düşmək
problemi, o biri yandan isə kapital qoyuluşunun obyekti olan ölkələrdə
milliləşdirmə, rekvizisiya və sairə bu tipli tədbirlərini həyata keçirdikdə xarici
investisiyaların qorunması problemi.
Dünya İqtisadi Forumun (DİF) indeks göstəricilərinin müasir dinamikası
Azərbaycan iqtisadiyyatı üçün nəinki mövcud rəqabət üstünlüklərinin
107
Транснациональные корпорации и прямые иностранные инвестиции как основа глобализации //
Долгов С.И. Глобализация экономики: новое слово или новое явление? - М., 1998.
96
saxlanmasının önəmli olduğunu, həm də yeni, yüksək texnologiyalara və
«biliklərin iqtisadiyyatı»na əsaslanan innovasiyalı iqtisadiyyatın tətbiqi yolu ilə
daha yüksək üstünlüklərə keçmək və bununla milli iqtisadi təhlükəsizliyimizin
təmini üçün mümkün olan hər şeyi etmək haqqında danışmağa imkan verir.
108
Bununla yanaşı, DİF-in reytinqlərinin təhlili göstərir ki, bunu yalnız uğurlu
makroiqtisadi göstəricilər hesabına etmək mümkün olmayacaq. Azərbaycanın
müasir iqtisadiyyatının keyfiyyətli artımı ilə hər yeni addım daha çox qüvvə tələb
edir və burada ümumi rəqabətqabiliyyətliliyinə təsir edən bütün amillərin yalnız
tarazlı və kompleks yaxşılaşdırılması bu uğurun zəmini ola bilər. Milli
iqtisadiyyatda mövcud innovasiya meyillərini qiymətləndirmək üçün son illərin
statistikasına müraciət edək. İnnovasiya məhsulunun TMK-ların miqyası ilə
müqayisədə çox kiçik olmasına rəğmən qeyri-neft sektorunda (emal sənayesində)
innovasiya məhsulunun dəyərinin artmasını bu istiqamətdə aparılmaqda olan
tədbirlərin kiçikmiqyaslı ilkin nəticəsi kimi qəbul etmək olar. Aparılan təhlil
ölkəmizdə innovativ inkişafa diqqətin daha da artırılmasını və müvafiq tədbirlər
proqramının həyata keçirilməsinin zəruri olduğunu göstərir. Azərbaycanda
aparılmaqda olan iqtisadi siyasət ölkəmizin investisiyalar üçün cəlbediciliyini
xeyli artırır. İnnovasiyalar ölkənin insan kapitalının inkişaf etməsinə şərait
yaratmaqla, hər hansı sahədə məhsuldarlığı artırmaqla köməkçi və qohum
sahələrin də inkişafına impuls verərək daha yüksək və dayanıqlı iqtisadi artımı
təmin etməklə ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində mühüm rol
oynayır. Müasir dövrdə innovasiyalı inkişaf qloballaşma prosesləri ilə bilavasitə
bağlıdır. Qloballaşma elmi biliklərin və texnologiyaların ötürülməsi və
kommersiyalaşması üçün əlverişli zəmin yaradır. İnnovasiyaların yayılmasına iki
səviyyədə baxmaq olar : 1. istənilən elmi-texniki biliklərin və istehsal
təcrübəsinin makrosəviyyədə ötürülməsi; 2. konkret texnoloji proseslərin təkrar
istehsalına aid olan elmi-texniki biliklərin və təcrübənin ötürülməsi.
109
108
http://vergiler.az/
17 aprel 2015
109
Cantwell J. (1997). “The globalization of technology: what remains of the product cycle model?”
“Technology, globalization and economic performance”, Cambridge University Press.
97
İnvestisiyalar ölkənin rəqabətqabiliyyətliliyi üçün baza amili deyil, rəqabət
üstünlüklərinin yaradılması mexanizmlərindən biri kimi qəbul oluna bilər.
Fikrimizcə,
belə
mexanizmlər
rəqabətqabiliyyətlilik
amilləri
qədər
əhəmiyyətlidir. İnvestisiyaların rəqabət üstünlüyündə rolu ölkənin inkişaf
mərhələsindən asılı olaraq dəyişir. Amerikan iqtisadçısı Maykl Porter (1946)
göstərirdi ki, hər bir ölkənin rəqabət strategiyası digərlərindən fərqlənir və belə
fərqlənməni inkişaf mərhələlərinin və iqtisadi artımın mənbələrinin müxtəlifliyi
ilə izah edirdi. İnvestisiyalar təbii ehtiyatların və insan kapitalının (işçi
qüvvəsinin defisiti, bahalığı və ya keyfiyyətinin aşağı olması) çatışmazlığından
doğan çətinliklərin aradan qaldırılmasına kömək edir. Beynəlxalq rəqabətin
kəskinləşməsi ölkənin infrastrukturuna və daha yüksək rəqabət üstünlüyünü təmin
edən yüksək texnologiyalara investisiyaların əhəmiyyətini artırır.
110
Ölkəmizin
investisiyalar üçün, xüsusilə yüksək texnologiyalara aid olan qoyuluşlar üçün
cəlbediciliyinin artırılması mühüm vəzifələrdən biri kimi qəbul oluna bilər.
Azərbaycanın yüksək texnologiyalı investisiya bazarında rəqabət strategiyası
dünyada baş verən innovasiya-texnologiya və struktur dəyişikliklərinə vaxtında
reaksiya verməlidir. Məlumdur ki, ölkənin rəqabətqabiliyyətliliyi dünya
iqtisadiyyatında baş verən struktur dəyişikliklərinə çevik və adekvat reaksiya və
uyğunlaşma qabiliyyəti ilə müəyyən olunur.
111
Yüksək texnologiyalı
investisiyaların cəlb edilməsi prosesində böyük ölkələr bazarın tutumu və artım
tempi kimi göstəricilərlə daha böyük üstünlüklərə malik olurlar. Lakin daxili
bazarın nisbi tutumu kiçik olan ölkələr, o cümlədən Azərbaycan əlverişli
investisiya və institusional mühit, keyfiyyətli infrastruktur və işçi qüvvəsi, siyasi
sabitlik və iqtisadi artımı dəstəkləyən davamlı siyasətlə belə rəqabətdə uğur
qazana bilərlər. Qeyd olunan nəticələr və davam etməkdə olan iqtisadi siyasət
innovativ inkişaf sahəsində nəhəng imkanlara və təcrübəyə malik olan TMK-ların
milli iqtisadiyyata cəlb edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Onların
110
Портер М. (2000) “Конкуренция”, Москва: “Вильямс”, 495 c.
111
Райнерт Э.С. (2011). “Как богатые страны стали богатыми, и почему бедные страны остаются
бедными”, Москва: Изд.дом ВШЭ, 384 стр
98
elmi-tədqiqat mərkəzlərinin ölkəmizdə yerləşdirilməsi bir neçə səbəbdən əlverişli
ola bilər:
innovasiyalar üzrə yeni laboratoriyaların meydana gəlməsi ilə belə
fəaliyyətin intensivləşdiriməsi labüd olaraq yerli şirkətləri
innovasiya prosesinə cəlb edir;
yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması
ölkədən “beyin axını”ın azalmasına kömək etməklə cəmiyyətin
intellektual potensialının yüksəlməsinə və təhsil sisteminin
inkişafına şərait yaranır;
yeniliklərin kommersiyalaşdırılmasında ixtisaslaşan yeni menecerlər
təbəqəsi formalaşır;
ölkəyə vençur kapitalı axınının artması zamanı yeni tədqiqatlar
laboratoriyalarının hüdudlarından çıxaraq müstəqil kommersiya
layihələrinə çevrilməklə ölkəyə əlavə dividendlər gətirir.
Vergilərin iqtisadi sistemdə gedən proseslərin monitorinqi üçün ən əlverişli
mexanizm olması isə (nəzarət funksiyası) dövlətə iqtisadi təhlükəsizlik
parametrlərinin və meyarlarının qiymətləndirilməsi və proqnozlaşdırılması
imkanını yaradır.
112
Vergi sistemi öz-özlüyündə rəqabət üstünlüyünün resursu
hesab olunur və başqa rəqabət üstünlüyü növlərinə öz təsirini göstərir. Hər bir
sistemin tərkib hissələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədirlər. Vergi siyasəti
rəqabətqabiliyyətlilik sisteminin tərkib hissəsi kimi, makro səviyyəyə aid olaraq
müxtəlif səviyyələrdə sistemin tərkib hissələri ilə qarşılıqlı təsirdə fəaliyyət
göstərir.
113
Vergi siyasətinin təsir edə biləcəyi rəqabətqabiliyyətlilik sisteminin
mühüm determinantları sosial inteqrasiya və həmrəylikdir, cəmiyyətin islahatlara
münasibətidir, sahibkarların statusuna ictimai rəyin yaradılması şəraiti və onların
dövlətin inkişafında roludur. TMK-ların innovasiya fəaliyyətinin ölkəmizə cəlb
112
“Налоговая политика в социально-экономическом развитии стран с переходной экономикой”.
(2011). Под ред. Р.С.Гринберга, З.Н.Кузнецовой, Санкт-Петербург: Алетея, 2011.-392 s
113
Yusifov C.R. (2011). “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Azərbaycan
Respublikası iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi”, “Azərbaycanın vergi xəbərləri”,
№12, s. 121-130.
99
edilməsi iqtisadi sistemin makrosəviyyəsinə aid olaraq müvafiq tənzimləmə
tədbirlərinin həyata keçirilməsinə zərurət yaradır. Qeyd olunanlara əsaslanaraq
ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün istifadə oluna biləcək vergi
sistemi amillərinə aşağıdakıları aid edə bilərik
114
:
ölkənin vergi sisteminin rəqabətqabilyyətliliyi;
vergi qanunvericiliyinə riayət olunma səviyyəsi;
vergi ödəyicilərinin maarifləndirilməsi və hüquqlarının qorunması
səviyyəsi;
vergi inzibatçılığında şəffaf və müasir standartlara cavab verən
informasiya texnologiyalarından istifadə ilə həyata keçirilən metodların tətbiqi;
iqtisadi sistemin tənzimlənməsinə güclü təsir göstərə bilən vergi
siyasətinin həyata keçirilməsi və s.
TMK-ların innovasiya fəaliyyətinin milli iqtisadiyyata cəlb edilməsi
ölkənin elmi-texniki potensialının genişlənməsinə və Azərbaycanın beynəlxalq
arenada rəqabətqabiliyyətliliyinin artmasına səbəb ola bilər.
114
Yusifov C.R. (2013). “Azərbaycanın vergi təhlükəsizliyinin milli iqtisadiyyatın
rəqabətqabiliyyətliliyində rolu”, “Azərbaycanın vergi jurnalı”, №1, s. 97-108.
|