mətinə gətirib çıxarır. Təcrübə göstərir ki, qısa müddətli aspekt
üçün həm tələb, həm də təklif qiymətdə çox az elastikliyə malik
olur, uzun müddətli dövr üçün isə əksinə, elastiklik artır.
Çirkləndirmə hüququ təcrübədə yalnız ABŞ-da, özü də
atmosfer havasının mühafizəsi üzrə sınaqdan keçirilmişdir.
«Çirkləndirmə hüququ bazarı» çox sadə sxemlə aşağıdakı şəkildə
fəaliyyət göstərməlidir: regionda, yaxud bütün ölkə miqyasında
tullantılar üzrə icazə verilən ümumi yükün nüqdan inqridiyentlər
üzrə müəyyən qərar qəbul edilir. Həmin )mkün miqdarından asılı
olaraq açıq bazarda «çirkləndirmə hüququ» aksiyalan buraxılır və
yayılır. Əslində bazar prosesi hüquqla- nn ilkin paylanmasından
sonra başlayır. Fərz edək ki, «A» firmasında onun məhsuluna
tələbat artır, lakin bunun müqabilində onun tullantısı da artır, amma
çirkləndirmə hüququ isə çox azdır. İstehsalı artırmaq müəssisə üçün
səmərəli olmaya bilər: limiti keçdiyindən cərimə sanksiyalan arta
bilər, yaxud da təbiəti mühafizə xərcləri çoxala bilər. Əksinə «B»
firması isə hər hansı bir səbəbdən (istehsal həcminin azalması, yeni
texnologiyanın tətbiqi, yeni xammal növündən istifadə və s.)
çirklənmədə artıq hüquqa malik olur. Belə bir halda «A» firması
«B» firmasından onun artıq hüququnu ala bilər və istehsalını (həm
də gəlirini) artırar. Həmin metodu hələlik «kollektiv məsuliyyət»
metodu adlandırırlar, çünki «B» firması artıq olan hüququn 100
%-ni yox, azını istifadə edə bilər. Nəticədə hər hansı inqrediyentin
ümumi cəmi lisenziyada olduğundan az olacaqdır. Ətraf mühiti
əlavə çirkləndirmə məcburiyyətində qalan firmalar hüquq satıcısını
tapmaqda xeyli çətinhk çəkirlər, odur ki, dəllal firmalar ortaya çıxır,
onlar artıq hüquqları alır və sonra isə ehtiyacı olanlara satırlar.
Beləliklə də özünəməxsus bank yaranır.
Dostları ilə paylaş: