rətdir. Həddi yol verilə bilən normativlər ekologiya və iqtisadiyyat
arasındakı güzəştlərdən ibarətdir. Ekoloji normativlərin əsasını təbii
tarazlıq texnoloji nizamlamaya, insan və ətraf mühit
münasibətlərinə dair elmi təhlillər təşkil edir.
Tullantılara dair müvəqqəti razılaşdırılmış göstəricilər
iqtisadiyyatın (müəssisənin, təbiətdən istifadə subyektlərinin)
texnoloji imkanlarına əsaslanır və insana, təbii şəraitə normativ
təsirə nə dərəcədə əməl etdiyini göstərir. Elmi-texniki göstəricilər
bütün parametrlər üzrə insana və ətraf mühitə təsirin həddinə necə
riayət edilməsinə nəzarəti xarakterizə edir. Müvəqqəti
razılaşdırılmış göstəricilər əsasında ətraf mühiti çirk- ləndirmə
limitləri təyin edilir.
Tibbi- ekoloji normativlər isə insan sağlamlığına təhlükə
təsirinin astanasım (sərhədini) səciyyələndirir. Tibbi göstəricilər iki
növə bölünürlər: 1) Sanitar-gigiyenik normativlər zərərli
maddələrin hədd qəlizliyi (qatılıq həddi), radiasiya təsirinin yol
verilən həddi; 2) Ekoloji normativlər - tikinti normaları, qaydaları
və s. Həmin normalara nəzarət məntəqə və stansiya sistemləri ilə
həyata keçirilir. Bu göstəricilər çirklənmə mənbələrini
səciyyələndirirlər. Çirkləndirici maddənin elə qatdıq həddi yol
verilə bilən hesab edilir ki, o insamn sağlamlığına birbaşa və dolayı
təsir etmir, onun iş qabiliyyətini aşağı salmır, ümumi
əhval-ruhiyyəsinə pis təsir göstərmir.
Hər bir çirkləndirici maddə üçün iki normativ-
maksimal-birdəfəlik (15-20 dəqiqə) və orta gündəlik qatdıq həddi
vardır. Havada eyni zamanda bir neçə zərərli maddə olarsa və onlar
qarşılıqlı əlaqədə iştirak edərsə, aşağıdakı effektlərə malik ola
bilərlər: neytrallaşdırma, toplanma və si- nergetik. Zərərli
maddələrin toplu qatdığı aşağıdakı şərti ödəməlidir:
Z, Z,
Dostları ilə paylaş: