ranmaq şəraiti, onların müəyyən edilmiş ekoloji və təbiəti mühafizə
qaydalarına uyğun olması ekoloji sertifikasiyada əsas amillərdən
biridir. Tullantıların ekoloji sertifikasiya proseduru onların bütün
növlərinə aiddir: kənarlaşdırılma, anbar- laşdırılma, emal,
utilizasiya, saxlama, nəqletmə (daşıma), basdırılma və s.
Təbii ehtiyatların ekoloji sertifikasiyasına onların iş-
ləmnəsi (istismarı) dövründə ehtiyac yaranır. Çünki təbiətdən
istifadə prosesində ətraf mühitin çirklənməsi təhlükəsi ortaya çıxır.
Belə hallarda ekoloji sertifikasiya müqavilələrində və təbiətdən
kompleks istifadə lisenziyalarında təsbit edilmiş ekoloji
təhlükəsizliyə tələblər artırılmalıdır.
Ekoloji sertifikatlaşma sistemi təbiətdən istifadədə
iqtisadi həvəsləndirmənin vasitələrindən biri olmalıdır. Ekoloji
sertfikasiya dövlət lisenziyasının verilməsi rnəsələsinə baxılarkən
əsas götürülməlidir və təbiətdən istifadə hüququ müsbət həll
edilməlidir, eləcə də imtiyazlı kredit verilməsində və vergi
tutulmasında da sertifikatlar əsas rollardan birini oynamalıdır.
Ekoloji sertifikatın maliyyələşdirilməsi iki mənbədən
həyata keçirilir. Dövlət maliyyələşdirilməsinin qayda və tövsiyələri
hazırlanarkən, dövlət yoxlaması və nəzarəti aparı- larkən, dövlət
reyestri əsnasında həyata keçirilir. Məcburi ekoloji sertifikasiya
üzrə işlərin ödənilməsi sifarişçi tərəfindən aparılır və bu məbləğ
məhsulun maya dəyərinin üstünə gəlir.
Dostları ilə paylaş: