“Müəllim üçün metodik vəsait” kurikulumun açarıdır



Yüklə 28,01 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü28,01 Kb.
#40905
coğrafiya



“Müəllim üçün metodik vəsait” kurikulumun açarıdır

Hörmətli  redaksiya!  Mən  “Azərbaycan  müəllimi”  qəzetinin  22.12.2017-ci  il

tarixli    49-cu  nömrəsində  “Kurikulum  uğura  aparan  yoldur”  mövzusunda

məqaləmdə  “Müəllim  üçün  metodik  vəsait”in  dəyərini  vurğulamış  və  onun

müəllimin  fəaliyyətindəki  vacib  məqamları  özündə  əks  etdirdiyini  qeyd

etmişdim. Lakin məktəblərdə aparılan təhlillər göstərir ki, bu gün müəllimlərin

əksəriyyəti kurikulumun tətbiqinə  laqeyd yanaşır,  ənənəvi dərsə üstünlük verir,

məktəb rəhbərləri isə bu işlərə tam nəzarət etmirlər. Fikrimcə, bu sahədə indiki

vəziyyət  hətta  kurikulumun  tətbiq  olunduğu  ilk  illərdəkindən  də  aşağı

səviyyədədir. Bəs, səbəb nədir? Bəlkə, rəhbərlər və ya öyrədənlər az əməkhaqqı

alırlar? Bəlkə, İKT ilə təminatları zəifdir? Bəlkə, onlara qarşı tələbkarlıq azalıb?

 

Bu bəlkələrin sayını artırmaq da olar.



 

Məlumdur  ki,  bilik  və  bacarıqların  diaqnostik  qiymətləndirilməsindən  sonra

müəllimin  də,  məktəb  rəhbərlərinin  də  əməkhaqqı  son  30-40  il  ərzində  ən

yüksək miqdarda artırılıb. Bu gün bir bölgədə müəllim sərf etdiyi əməyə, bilik və

bacarığına,  düşdüyü  mühitə  və  dərs  saatlarının  miqdarına  uyğun  olaraq  300-

450-750  manat  arasında  maaş  alır.  Məktəb  rəhbərlərinin  əməkhaqqı  500

manatdan aşağı deyil.

 

İKT ilə təminatın ildən-ilə yaxşılaşdığı da göz qabağındadır. Nootbuk, proyektor,



elektron lövhə ilə bəzi məktəblərin təminatı əvvəlkindən qat-qat yüksəkdir.

 

Lakin  tələbkarlığın  artdığını  desək,  özümüzü  aldatmış  olarıq.  Məktəblərdə



humanıst-demokratik  bir  mühit  formalaşıb.  Bu  da  təhsilalana  da,  təhsilverənə

də sərbəstlik verib. Məncə, bu mühitdən sui-istifadə edənlərin sayı artıb.

 

Əvvəlki  yazımda  da  qeyd  etmişdim  ki,  kurikulumu  (yeni  proqramı)  köhnə



proqramdan  fərqləndirən  əsas  cəhətlərdən  biri  burada  müəllimə  köməkçi

vəsaitin hazırlanmasıdır. Həmin vəsaitdəki tövsiyələrə əməl olunmursa, deməli,

kurikulumun tətbiqi istənilən səviyyədə olmayacaq. Gəlin özümüzə belə bir sual

verək:


 

- Bu gün müəllimlərin hamısı metodik vəsaitdən istifadə edirmi?    

 

-  Məncə,  xeyr.  Hətta,  mən  deyərdim,  böyük  əksəriyyəti  bu  vəsaitə  əhəmiyyət



vermir. Çünki vəsaitlə işləmək çox zəhmət tələb edir.

 



Bəzi  müəllimlər  deyir  ki,  “Metodik  vəsait”də  göstərilənlərə  əməl

etmək  çətindir.  Əslində  belə  deyil.  Təcrübəli  müəllimlərin  yaxşı

yadındadır.  Sovet  dövrünün  dərslikləri  gec-gec  dəyişilirdi.  Biz  o

dərslikləri  az  qala  əzbər  bildirdik,  -  hansı  səhifədə  nə  var.  Şagirdə

öyrətmək  də  bizim  üçün  asan  olurdu.  Əgər  öyrədən  “Metodik

vəsait”dən müntəzəm istifadə edərsə, yaddaşında qalacaq ki, hansı

mövzunun tədrisində nələrdən istifadə etməliyəm.

 

Təsəvvür  edin,  bütün  müəllimlər  10  günlük  kurikulum  təlimlərindən  keçib,



imtahan  verib  sertifikat  alıb.  Nəticə  isə  istənilən  səviyyədə  deyil.  Bəs  kimdir

günahkar? Təlimçi?  Məktəb direktoru?  Ya müəllim?

 

Ədalət naminə deyək ki, həmin qısa müddət ərzində nələri öyrətmək mümkün



idisə təlimçilər onu öyrədirdilər.

 

Məktəb rəhbərləri bilmədiklərini necə tələb edə bilər? Əvvəl kurikulumu məktəbi



idarə edənlərə, sonra isə müəllimlərə öyrətməli idik. Biz əksinə elədik.

 

Tutaq  ki,  məktəb  rəhbəri  də  düzgün  seçilməyib,  tələbkarlığı  zəifdir,  nəyi  necə



izah etməyi bilmir.

 

Bəs,  müəllim?  Bəs  onun  vicdanı?  Mənim  şəxsi  fəlsəfəmə  görə  vicdan  hər  bir



insanın qəlbində Allahın səsidir. Bu səsi dinləyib hərəkət etməliyik.

 

Bəzi müəllimlər kurikulum təlimlərində öyrəndiklərini nə tez unutdu?



 

Fənn  üzrə  məzmun  xətlərini,  standartları,  təlim  məqsədlərini  bilməyən

müəllimin  kurikulumla  fəaliyyəti  dənizdə  yelkənsiz  gəminin  hərəkətinə

bənzəyir.    

 

“Metodik  vəsait”də  müəllimə  qruplar  üzrə  iş  tövsiyə  olunur.  Müəllim  aparmır.



Şagirddən soruşursan:

- Sonuncu dəfə nə vaxt qruplar üzrə işləmisiniz?

- Qrupunuzun adı nə idi?

 

Cavab yoxdur. Belə faktların sayını artırmaq olar.



 


Bir  sözlə,  bəzi  müəllimlər  gündəlik  dərs  zamanı  vəsaitdə  göstərilən  sualları,

tapşırıqları şagirdlərə çatdırmır, onların üzərində iş aparmır.

 

Görünür,  biz  kurikulumun  tətbiqi  anlayışını,  xüsusən,  “tətbiq”  sözünün  leksik



mənasını belə, düzgün aşılaya bilməmişik.

 

Bu  sahədə  məktəb  rəhbərlərinin  də  üzərinə  böyük  məsuliyyət  düşür.  Onlar



metodik vəsaitdə göstərilənlərin tətbiqinə ciddi nəzarət etməli, dərs dinləyərkən

metodik  vəsaitlə  tanış  olmalı,  müəllimin  tövsiyələrə  necə  əməl  etdiyini

izləməlidirlər.

 

Müəllimlərimizin  bir  qismi  fikirləşir  ki,  metodik  vəsait  tövsiyə  xarakteri  daşıyır,



ondan istifadə etməmək də olar.

 

Bəli,  tövsiyədir.  Kurikulumun  qarşıya  qoyduğu  məqsəd  və  vəzifələrin  yerinə



yetirilməsi,  təlim  prosesində  məzmun  standartlarının  reallaşdırılması,  tədris

ilinin  sonunda  nəzərdə  tutulan  təlim  nəticələrinə  nail  olunmasında  müəllimə

köməklik  məqsədilə  hazırlanmış  metodik  tövsiyələrin  məcmusudur.  İstifadəsi

isə könüllü yox, məcburi olmalıdır. Tövsiyədən o vaxt istifadə etmirlər ki, ondan

yaxşısını,  daha  səmərəli  variantını  hazırlayıb  istifadə  edirlər.  Belə

müəllimlərimiz isə azlıq təşkil edir.

 

Bütün  rayon  və  şəhərlərdə  “Ümumi  təhsildə  keyfiyyət  ili”  və



“Pedaqoji  əməkdaşlıq  əlaqələri”  ilə  bağlı  yüzlərlə  “açıq  dərs”lər

keçirilib.  Kiçik  nöqsanları  nəzərə  almasaq,  hamımız  bu  dərslərdən

xüsusi  zövq  alırıq.  Müəllimlərdən  biri  motivasiyada,  biri

əməkdaşlığın  qurulmasında,  digəri  qiymətləndirmədə  şəxsi

yaradıcılığı ilə novatorluq nümayiş etdirir.

 

Çox yaxşıdır. Təəssüf ki, gündəlik dərslər haqqında bunu deyə bilmirik.



 

“Açıq  dərs”lərlə  kurikulum  tətbiq  oluna  bilməz.  Bütün  dərslər  müasir  təlim

metodları  ilə  keçilməlidir.  Bunun  üçün  hamımız  “Müəllim  üçün  metodik

vəsait”dən  səmərəli  istifadəyə  üstünlük  verməliyik.  Ona  yeniliyin  açarı  kimi

yanaşmalıyıq. Təhsil Nazirliyinin tətbiq etdiyi yeniliklərin, şəffaflığın qarşısında

elə  işləməliyik  ki,  bizim  təcrübəli  və  ya  müasirliyin  nümunəsi  olduğumuz  hiss

edilsin.  Yoxsa,  düşdüyümüz  köhnə  mühitə  “bürünüb”  ellə  “sürünürük”sə,  heç

nəyi dəyişə bilməyəcəyik.

 

Bütün müəllimlərə çətin və şərəfli peşələrində uğurlar arzulayıram.




 

Xaləddin NİFTƏLİYEV,

Yevlax Şəhər Təhsil Şöbəsi Metodkabinetinin müdiri

 

 



20.07.2018 | 16:24

Yüklə 28,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin