yola vermək, qulağına catdırmaq, qocaya gülən özünə
55
gülər, öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır və
s. ” [13, 95].
Göründüyü kimi, S.Cəfərov frazeologizimlər üçün
əsas fərqləndirici əlamət kimi birləşmənin sabitliyini
götürür. Onu da qeyd edək ki, müəllif öz fikrində bir
qədər tərəddüd edərək az sonra yazır: “Ümumiyyətlə,
frazeologiya az öyrənildiyindən onun əsas tədqiqat
obyektini təşkil edən söz birləşmələri üçün də vahid
konkret termin hələ yaradılmamışdır. Odur ki, bu
birləşmələr
tərkib
hissələrinə
bölünməyən
söz
birləşmələri, dəyişməz söz birləşmələri, frazemlər və s.
kimi çoxlu terminlər vasitəsi ilə adlandırılır” [yenə orada,
96-97].
Frazeologiyaya aid tədqiqat işlərində daha cox
sabitlik əsas fərqləndirici əlamət kimi qəbul edilir.
Əslində, bu mövqe özünü doğrultmur. Məsələn,
A.Şaxmatov dəmir yolu birləşməsində də sabitliyin əsas
olduğunu qeyd edir. Burada sabitlik söz birləşməsinin
ifadə etdiyi məfhumla bağlıdır. A.Şaxmatovun verdiyi
başqa bir misalda – qızıl ordu birləşməsində isə birinci
56
tərəf müstəqil mənasında işlənmir, burada sözün
semantikasında dəyişmə göz qabağındadır [155, 40].
Əlbəttə, verilən nümunələr bir daha sabit və qeyri-sabit
söz birləşmələri arasındakı oxşar və fərqli cəhətlərlə bağlı
müzakirə açmaq, frazeologizmlərin fərqləndirilməsində
sabitlıyin kateqorial əlamət kimi götürülməsinə münasibət
bildirmək məqsədi güdür.
Frazeologiyada mübahisə doğuran ən kəskin
problemlərdən biri sabitliyin frazeoloji vahidlər üçün
kateqorial əlamət olub-olmamasıdır. Təəssüf ki, dilçilikdə
sabitlik əlaməti frazeologizmləri müəyyənləşdirən əsas,
bəlkə də yeganə meyar kimi qəbul edilmişdir. Nəticədə isə
bir çox əlamətlər diqqətdən kənarda qalmış və
frazeologiyanın hələ də dilçilikdə müstəqil bir şöbə kimi
təsbit olunmasına imkan verməmişdir. Frazeoloji
vahidlərin çox zaman “sabit birləşmələr” adı ilə verilməsi
əslində onları həm forma, həm də məzmun baxımından
donuq, dəyişilməz hesab etməyə səbəb olmuşdur.
Təsadüfi deyildir ki, bir çox belə vahidlərin bu gün də
57
frazeologiyaya aid olub-olmamasına dilçilər hələ təminat
verə bilmir [bax: 33, 7].
Ümumiyyətlə, frazeologizmlərə dil vahidi kimi
yanaşmaq məqbul sayılmalıdır. Frazeologizm genetik
baxımdan söz birləşməsidir. Məzmununa görə isə o, söz
birləşməsinin birbaşa ifadə etdiyi mənadan fərqlənir.
Frazeologizm, frazeoloji vahid sözlərin semantik
cəhətdən sərbəst olmayan birləşməsidir. O, sintaktik
quruluşuna görə ona yaxın olan söz birləşməsi və cümlə
kimi nitq prosesində yaranmır. Frazeologizm dayanıqlı
mənası olan müəyyən leksik-qrammatik tərkib kimi nitq
aktında üzə çıxır. Leksik komponentlərinin mənalarındakı
semantik sürüşmələr, dayanıqlıq və təkrar canlandırma
işində frazeologizmin qarşılıqlı əlaqəli universal və
fərqləndirici əlamətidir [154, 18].
N.Şanskinin frazeologizm və frazeoloji vahid
anlayışları haqqında şərhini tamamilə əhatə edən və onu
bir çox cəhətdən tamamlayan izaha M.Mirzəliyevanın
yuxarıda xatırlatdığımız tədqiqat işində rast gəlirik:
“Frazeoloji vahidlərin tərkibindəki sözlər arasında eyni
58
zamanda həm leksik, həm semantik, həm paradiqmatik,
həm də sintaktik münasibətlərin mövcudluğu labüddür.
Bütün bu münasibətlər isə frazeoloji vahidin öz üzərində
cəmləşir. Frazeoloji vahidlərin tərkib sözləri –
komponentləri arasındakı leksik, semantik, paradiqmatik
və sintaktik asılılıq frazeologizmliyin mühüm cəhətidir”
[33, 26].
Frazeoloji
vahidlərin
ümumi
şəkildə
təyin
edilməsindən sonra artıq onların daxili bölgüsündən
danışmaq olar. İstər Azərbaycan dilçıliyində, istərsə də
xarici dilçilikdə frazeologizmlərin müxtəlif əlamətlər
arasında daxili təsnifi verilmişdir. Daha çox yayılmış
təsnifatlardan birində frazeologizmlərin beş növü
göstərilir: idiomalar, ibarələr, hikmətli sözlər, atalar
sözləri, zərbi-məsəllər [13, 97].
S.Cəfərov idiomları belə təyin edir: “Həqiqi mənalı
sözlərin qarşılığı olub, onu məcazi məna ilə bildirən sabit
söz birləşmələrinə idiom deyilir” [yenə orada].
İdiom yunan sözüdür. Dillə bağlılıqda bu, nitqin
özünəməxsus ifadə vasitəsi anlamını verir. Yunan dilindən
59
alınmış bu sözün “idiom” mənası əvvəllər onun idiotizm
variantı ilə ifadə edilmişdir. Sonralar kobud mənasına
görə bu söz idiom termini ilə əvəz olunmuşdur.
Mənbə dildəki mənasından görünür ki, idiomlar
özünəməxsus, ayrıca mənası olan sözlərdir.
V.V.Vinoqradov
frazeoloji
qovuşmanı
idiom
adlandırmışdır [101, 23].
Ənənəyə görə, başqa dilə dəqiq tərcümə oluna
bilməyən dil vahidləri idiomlara aid edilir. İdiomun bu cür
başa düşülməsi də onun həcminin genişləndirilməsinə
şərait yaratmışdır. Beləliklə, idiom termini ayrıca sözlərlə
[14, 169] yanaşı, bütöv ifadələrə də [134, 95] şamil
edilmişdir. Maraqlı burasıdır ki, idiom terminini yalnız
sabit söz birləşmələrinə aid edən alimlər arasında da fikir
birliyi yoxdur. Məsələn, L.A.Bulaxovski bu terminlə
V.V.Vinoqrqadovun frazeoloji bölgüsünə daxil olan
Dostları ilə paylaş: |