Açar sözlər: neft, bitki yağı, sorbent, sorbsiya, heksan, heptan.
Məlumdur ki, son zamanlar biosferə antropogen təsirlərin nəticəsi kimi, Yerin atmosfer,
hidrosfer və litosfer qatı müxtəlif növ toksikantlarla çirklənməkdədir. Bu baxımdan ekoloji böh-
ran və fəsadların həlli yollarının araşdırılması istiqamətində yeni analiz metodlarının və müasir
tədqiqatların aparılması vacibdir. Tədqiqatçıların fikrincə, əgər ekoloji tarazlığın pozulmasının
qarşısı alınmasa, son yüzillikdə Yer qabığının temperaturu 4
0
C arta bilər ki, bu da ekoloji
fəlakətlərə səbəb olar. Onların fikrincə, istixana effektinin yaranmasına təsir edən əsas faktorlar
kimi, sənaye müəssələrinin artması, eləcə də avtonəqliyyatın ətraf mühitə vurduğu ziyanlardır.
İstixana effektini törədən qazların əsas tərkibi metan, karbon dioksid, azot və kükürd oksidləri,
freonlar və başqalarıdır. Nanotexnologiyanın inkişaf etdiyi bir dövrdə, sənaye və kimya müəs-
sisələrinin artımı, eləcə də ənənəvi yanacaqla işləyən avtonəqliyyatın ətraf mühitə mənfi təsiri
qlobal hesab olunacaq ekoloji təhlükənin dərinləşməsinə təkan verir. Bu isə nəticədə atmosferin,
litosferin və hidrosferin qlobal çirklənməsinə səbəb olur [1].
Baxılan məqalədə hidrosfer qatının ekoloji böhranından bəhs olunur. Hal-hazırda Dünya
okeanının çirklənməsi problemi əsas problemlərdən biridir [2]. Xəzərdən neftin hasilatı və
müxtəlif ölkələrə daşınması məhz su xətti ilə həyata keçirildiyindən, hidrosfer təbəqəsinə
müxtəlif xəsarətlər yetirilir [3, 4]. Nəticədə yüksək dərəcədə dəniz suyunun çirklənməsi, su
təbəqəsinin flora və faunasına olunan məhv edici təsirə əsasən ondan yararlı istifadə qeyri-
mümkün olur [5]. Belə olduğu halda, hidrosfer təbəqəsinin qorunması hal-hazırda günün aktual
məsələrəindən hesab olunur və suyun təmizlənməsinin həyata keçirilməsi üçün səmərəli yolların
araşdırılmasına gətirib çıxarır. Müxtəlif təbii və sintetik tərkibli sorbentlər vardır ki, onlardan
suyun üzərində toplanmış neft təbəqəsinin təmizlənməsində istifadə olunur [6].
Heksan və ya heptan mühitində təbii mənşəli yağlarla su səthində toplanan neftin effektiv
toplanması məqsədi ilə laborator şəraitdə bir sira təcrübələr aparılmışdır.
EKSPERİMENTAL HİSSƏ
Dörd Petri qabından ikisinə (I, II) 40–50 ml içməli və digər ikisinə (III, IV) isə dəniz suyu
əlavə edilir. Sonra ardıcıllıqla hər qabdakı suların üzərinə 0.4–0.6 ml (2–3 damcı) Azərbaycan
regionlarından götürülmüş xam neft (28 may və ya Neft Daşları nefti) əlavə edilir və 1 sutka
müddətinə məhlullar sakit vəziyyətdə qalır. 1 sutka sonra neftin su təbəqəsi üzərində tam
yayılmasından sonra içməli və dəniz suyu (I, III) olan qabların üzərinə 2.5 ml heksan (heptan),
daha digər içməli su və dəniz suyu olan qablara (II, IV) isə 2.5 ml 50%-li yağın heksanda
məhlulu əlavə edilərək bir müddət (2–3 gün) saxlanılır. Bioloji mənşəli təbii absorbentlər kimi
günəbaxan, zeytun, gənəgərçək və soya yağlarından istifadə edilmişdir. Hər dörd qabın mü-
qayisəli təhlilinə əsasən demək olar ki, su üzərində bu maddələrin nefti toplama xüsusiyyəti
yalnız o mühitdə heksanın (heptanın) varlığı ilə baş verir. Bir neçə gün ərzində Petri qablarına
NEFTLƏ ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜSULLARI
AЗЕРБАЙДЖАНСКИЙ ХИМИЧЕСКИЙ ЖУРНАЛ № 1 2014
36
nəzarət olunmuşdur. Təcrübələrdə hər dəfə müxtəlif mənşəli bitki yağları götürülərək müqayisə
edilmişdir. Daha yaxşı nəticələr II və IV qablarda soya və gənəgərçək yağları ilə alınmışdır
(cədvəl 1). Bu zaman yalniz qabın ümumi sahəsinin 20–30%-i təmizlənməmiş qalmışdır. Belə
ki, bu təbii mənşəli yağların nefti toplama qabiliyyəti 60–70% olmuşdur. Su təbəqəsi üzərində
alınmış neft kürələrinin diametri və neft təbəqəsinin qalınlığı ölçülmüş və buna əsasən də
zamandan asılı olaraq neftin toplanması arasında asılılıq verilmişdir.
NƏTİCƏLƏRİN ŞƏRHİ
Təcrübələrə qədər neftlərin kimyəvi analizi aparılmışdır. Azərbaycanın iki regionundan
(Neft Daşları və 28 may) neft götürülərək kimyəvi tərkibi müəyyənləşdirilmişdir. Azərbaycan
neftinin tərkibi əsasən parafin və naftenlərlə zəngindir və kükürdün miqdarı azdır. Bu da
neftimizin unikal xüsusiyyətlərindən biridir. Neftin tərkibində ali karbohidrogenlərin miqdarı art-
diqca onun absorbsiyası artır [6]. Cədvəl 1-də Azərbaycanın neft yataqlarından götürülmüş xam
neftlərin kimyəvi göstəriciləri verilmişdir.
Dostları ilə paylaş: |