152
qulluqçular, qanunvericiliyə uyğun olaraq, torpaq sahələrini satın almaq istədikdə,
torpaq sahələri ilə ikinci
növbədə təmin olunurlar.
Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri,
gizirləri və micmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr torpaqla «Hərbi
qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada
təmin edirlər.
Həm fiziki, həm də hüquqi şəxslərin müraciətlərinə onların yazmış olduğu ərizənin
daxil olduğu gündən
etibarən 5 gün müddətində baxılır. Həmin şəxslərin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını
bələdiyyə məqsədəuyğun hesab etdiyi halda müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün
müvafiq icra hakimiyyəti orqanına göndərir. Bu orqan ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını 10 gün
müddətinə təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə göndərir. Onlar
isə bu sənədlər əsasında 5 gün müddətində torpaq
sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması
barədə qərar qəbul edir.