74
2. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq
icra hakimiyyəti
orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı
(şəhadətnamə) ilə rəsmiləşdirilir;
3. Torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan
icarə müqaviləsi ilə
rəsmiləşdirilir;
4. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi
formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunur.
Göründüyü kimi bu sənədlərdə torpaq sahəsinin verildiyi hüquqlar,
icazə verilmiş istifadə və
mənimsənilmə müddəti göstərilir.
Müqavilənin bağlanması nəticəsində yaranan hüquqları təsdiq edən sənədlər müqavilədə müəyyən
olunmuş qaydada dövlət qeydiyyatından keçməlidir.
Göstərilən şəhadətnamələrin və müqavilələrin formaları Azərbaycan Hökuməti tərəfindən təsdiq olunur.
Daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında əqdlər bağlandıqda
torpaq sahələrinə hüquqlar
haqqında əvvəllər verilmiş sənədlər torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı orqanlarına təhvil verilir.
Öz səlahiyyətləri çərçivəsində bələdiyyələrin və icra hakimiyyəti orqanlarının torpaq sahələrinə hüquqlar
haqqında verdiyi sənədlər bütün ölkə ərazisində tanınır.
Torpaq sahəsinə hüquqları təsdiq edən sənədlərin ayrılmaz hissəsi torpaq
sahəsinin təsdiq olunmuş
planıdır. Yerquruluşunda tətbiq olunan şərti işarələrin və qeydlərin həmin torpaq sahəsinin sərhədlərini ayıran
bu topoqrafik planda zamana görə sonuncu yerquruluşu layihəsinə uyğun olaraq axırıncı çəkiliş anına bütün
vəziyyət və relyef tam göstərilir.
Dostları ilə paylaş: