Tsiklin xalis monetar izahı ən dolğun ingilis iqtisadçısı R.Xourtinin (1879-
1975) əsərlərində verilmişdir. Onun üçün tsikl “sırf pul hadisəsidir”, bu mənada
ki, pul axınının dəyişməsi iqtisadi fəallığın dəyişməsinin, çiçəklənmə və
depressiyanın bir-birini əvəzləməsinin, ticarətdə canlanma və sönüklüyün yeganə
və kifayətedici səbəbidir. Əmtəələrə pulla ifadə olunmuş tələb (və ya pul axını)
artanda, ticarət canlanmış olur, istehsal genişlənir, qiymətlər artır. Tələb azalanda,
ticarət zəifləyir, istehsal azalır, qiymətlər düşür. Pul axını - əmtəələrə pulla ifadə
olunmuş tələb - bilavasitə istehlak xərcləri, yəni gəlir hesabına xərclərlə
müəyyənləşir.
Dostları ilə paylaş: