Mamalıq vəziyyətinin idarə edilməsinin məqsədi – ana və
dölün vəziyyəti baxımından optimal nəticələrin əldə olunması üçün:
1. Doğuş vaxtının müəyyən edilməsi
2. Doğuş üsulunun müəyyən edilməsi
Medikamentoz müalicə
Medikamentoz müalicə 2 istiqamətdə aparılır:
► qıcolma əleyhinə
► hipotenziv müalicə
Qıcolma əleyhinə müalicə
► Maqnezial terapiya – preeklampsiya/eklampsiyanın idarə
edilməsində daha çox öyrənilmiş, effektiv və nisbətən təhlükəsiz
seçim üsuludur. (A)
► Ilkin doza – 20 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 4 qr
quru maddə v/d yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. (A)
► Saxlayıcı doza – 1-2 qr/saat sürətlə infuzomat vasitəsilə yeridilir.
İnfuziyanın müddəti vəziyyətin ağırlıq dərəcəsindən asılıdır.
► Məhlulların vena daxilinə davamlı yeridilməsi imkanı olmadığı
halda vena daxilinə 4 qr maqnezium sulfat (16 ml 25%-li
məhlul) 5 dəqiqə ərzində və hər sağrıya 5 qr (10 ml 50%-li
məhlul) olmaqla yeridilir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
► Maqnezium-sulfatla müalicə doğuşdan və ya axırıncı qıcolma
tutmasından (eklampsiyadan) sonra 24 saat müddətində davam
etdirilməlidir.
Dostları ilə paylaş: |