6.ELEKTRİK TƏCHİZAT SİSTEMLƏRİNDƏ REAKTİV GÜCÜN
KOMPENSASİYASI VƏ GƏRGİNLİYİN TƏNZİMİ
6.1.Ümumi məlumatlar
Sənaye müəssisələrinin elektrik işlədiciləri öz işi üçün həm aktiv (P), həm də
reaktiv güc (Q) tələb edir. Aktiv güc kimi reaktiv güc də sinxron generatorlarda
istehsal edilir və elektrik təchizatı sistemləri vasitəsilə işlədicilərə ötürülür. Mənbəyin
verdiyi aktiv güc aşağıdakı ifadə ilə təyin edilir:
P
UI
S
3
3
cos
cos ,
Cərəyan və gərginlik vektorları arasındakı bucaq (
)
mənbəyin gücünün istifadə
dərəcəsini xarakterizə edir. Tam gücün qiyməti aktiv və reaktiv güclərin qiymətlərinə
əsasən aşağıdakı ifadə ilə təyin edilir:
S
P
Q
2
2
2
İşlədicilərin reaktiv gücünü azaltmaqla generatorların qoyuluş gücünü,
yarımstansiyadakı transformatorların gücünü azaltmaq, kabel, naqil və
cərəyankeçirən hissələrin en kəsiyini artırmadan elektrik təchizat sisteminin
gücötürmə qabiliyyətini artırmaq olar.
Aktiv və reaktiv gücün işlədicilərə ötürülməsi prosesində elektrik təchizat
sistemində aktiv güc itkisi yaranır:
P
I R
S
U
R
P
Q
U
R
3
2
2
2
2
2
2
,
Digər tərəfdən
P
Q
P
2
2
2
2
cos
olduğunu nəzərə alsaq yuxarıdakı ifadə belə olar:
2
2
2
cos
U
R
P
P
Axırıncı ifadədən göründüyü kimi aktiv güc itkisi güc əmsalının kvadratı ilə tərs
mütənasibdir.
Sənaye müəssisələrində işlədilən reaktiv gücün 60-70%-i asinxron mühərriklərin,
20-25 %-i transformatorların, 10 %-ə qədəri isə xətlərin və digər işlədicilərin
(lüminisent lampaları, induksiya sobaları, reaktorların) payına düşür.
~ 48 ~
Reaktiv gücün kompensasiyası böyük əhəmiyyətə malikdir. Belə ki, axırıncı
ifadədən göründüyü kimi güc əmsalının ( cos
) yüksəldilməsi ilə aktiv güc itkiləri
azaldılır və xeyli miqdarda elektrik enerjisinə qənaət edilir.
Şəkil 6.1-də kompensasiya qurğusunun işini xarakterizə edən diaqram təsvir
olunmuşdur.
Şəkil 6.1. Kompensasiya qurğusunun iş diaqramı
Diaqramdan göründüyü kimi ötürülən aktiv gücün sabit qiymətində reaktiv güc
sərfinin Q-dən (Q-Q
Dostları ilə paylaş: |