Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix02.01.2022
ölçüsü1,2 Mb.
#43754
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   80
Beledci Son 22.08.14

Bütövlük

5

 

Yaxşı  paraqrafın  vacib  atributu  bütövlükdür.  Bütövlük  o  deməkdir  ki,  paraqraf 

əvvəldən  sonadək  bir  və  yalnız  bir  ideyanı  müzakirə  edir.  Məsələn,  əgər  sizin 

                                                        

5

Bütövlük, axıcılıq, keçid siqnalları bölmələri 



Oshima, A., & Hogue, A. (2006).Introduction to 

Academic Writing, (3

rd

ed.).Pearson Longman-d



ən götürülmüşdür.

 

 




 

21 


 

yazdığınız  paraqraf  orta  ölçülü  bir  maşına  sahiblənməyin  üstünlükləri  ilə 

bağlıdırsa,  müzakirəni  yalnız  o  üzrə  aparın.  Çatışmazlıqlardan  danışmayın. 

H

əmçinin,  hər  paraqrafda  yalnız  bir  üstünlükdən  danışın,  məsələn,  benzinə 



q

ənaətdən. Əgər siz bir başqa üstünlükdən söhbət açsanız, yeni paraqrafa keçin. 

B

əzən bir paraqrafda eyni ideyanın bir neçə aspektini (bir şərtlə ki, onlar bir-birilə 



əlaqələndirilmiş olsun)  müzakirə  etmək olur. Misal üçün, eyni bir paraqrafda siz 

benzin


ə qənaətdən və az miqdarlı təmir xərclərindən danışa bilərsiniz, çünki bu 

fikirl


ər bir-birilə çox bağlıdır. Lakin siz eyni paraqrafda qaza qənaətlə daha asan 

maşın saxlama yerindən bəhs edə bilməyəcəksiniz, çünki onlar sıx əlaqəli fikirlər 

deyill

ər.  


Bütövlüyün  ikinci 

əlaməti  hər  bir  yardımçı  cümlənin  əsas  ideyanı  izah  etməli 

olmasındadır.  Məsələn,  ABŞ-da  reseptli  dərmanların  yüksək  xərcləri  barədə 

danışdıqda,  siz  alternativ  olaraq,  o  dərmanları  ABŞ-dan  kənar  apteklərdən 

almağı  qeyd  edə  bilərsiniz.  Lakin  əgər  siz  ABŞ-dan  kənarda  dərman  almaq 

bar


ədə  bir  neçə  cümlə  yazırsınızsa,  siz  mövzudan  yayınırsınız  və  sizin 

paraqrafınızda bütövlük alınmayacaq.  



Axıcı ıq 

Yaxşı paraqrafın başqa bir elementi axıcılıqdır (latınca coherence). “Cohere”sözü 

latın  sözü  olub  "tutarlı  olmaq" deməkdir.  Yazıda  axıcılıq  üçün  cümlələr  bir-birilə 

əlaqəli olmalıdır; bu, o deməkdir ki, bir cümlədən digərinə keçid məntiqi və axıcı 

olmalıdır.Heç  bir  ani  keçidlərə  yol  verilməməlidir.Hər  bir  cümlə  növbəti  cümləyə 

doğru rahatca axmalıdır. 

Axıcılığı təmin etməyin dörd yolu vardır: 

1. 


Əsas isimləri təkrar edin. 

2. 


Ardıcıl olaraq əvəzliklərdən istifadə edin.  

3. 


İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə edin.  

4. 


İdeyalarınızı məntiqi ardıcıllıqda düzün.  

Axıcılığı  təmin  etməyin  ən  asan  yolu  paraqrafınızda  əsas  isimlərdən  vaxtaşırı 

istifad

ə etməyinizdir. Əvəzliklərdən istifadə edərkən, əmin olun ki, paraqrafınızda 

eyni şəxs və kəmiyyəti (tək, cəm) işlədirsiniz. Siz-dən o-ya (şəxsin dəyişdirilməsi) 

v

ə ya o-dan onlar-a (kəmiyyətin dəyişdirilməsi) keçməyin.  




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin