Academic Journal of History and Idea
Vol.6 /Num.3
Quliyev / pp 1786-1801
Sept. 2019
1794
ehtiyacı var. Qurani-Kərimdə dəstəmaz, namaz, oruc və s. hökmlər mücməl şəkildə
ifadə olunmuş, bunların təfsilatı həzrət Peyğəmbərə (s) həvalə edilmişdir. Yəni sünnə
yeni şəri hökmlər ortaya qoymaqla yanaşı, eyni zamanda Kitabı (Quranı) izah edir. Uca
Allah həzrət Peyğəmbərin (s) bu vəzifəsini Qurani-Kərimdə belə bəyan edir: “Biz zikri
(Quranı) sənə endirdik ki, sən (onu) insanlara açıqlayasan və bəlkə də onlar bunu
təfəkkür edələr”.
11
Bu və bunun kimi ayələrə əsaslanaraq bütün ümmət sünnənin əsaslı
bir dəlil olduğunu qəbul etmişdir.
12
İcma müctəhidlər arasında məsum İmamın (ə)
olması və bununla da onun görüşünü ehtiva etməsi şərti ilə dəlildir (höccətdir). İcmada
İmamın (ə) sözünün olub-olmadığını bilmək üçün ortaya qoyulan bir çox üsul (metod)
vardır. Məlumdur ki, həzrət Peyğəmbər (s) dövründə şəri hökm çıxarılmasının yeganə
mənbəyi Kitab (Qurani-Kərim) və həzrət Rəsulun (s) sözləri idi. Həzrət Peyğəmbər (s)
yaşadığı müddət ərzində müsəlmanlar vacib əməlləri öyrənmək istədiklərini və digər
işləri ilə əlaqəli dəlilləri ondan soruşurdular. Peyğəmbər (s) kənd və çöllüklərdən İslama
daxil olan insanlara ehkamı öyrətmək üçün müəllimlər göndərirdi. Bəzən də bir neçə
hökm yazdırıb məktub şəklində bölgə sakinlərinə göndərirdi, necə ki, Yəmən, Həmədan
və Hicr bölgəsinə namaz, zəkat və nikah ilə əlaqəli bəzi hökmləri yazdırıb
göndərmişdi.
13
Ancaq həzrət Peyğəmbərin (s) vəfatından sonra onun dövründə olmayan
hadisələr meydana gəldi. Cihadlar nəticəsində İslam bölgələri genişləndi və fəth olunan
yerlər müsəlman ərazilərinə birləşdi. Bu zaman da fiqhə, şəriətə ehtiyac daha da artdı.
Belə olduğu halda da məsələlərlə bağlı bütün hökmləri birbaşa Quran və Sünnədən
çıxartmaq mümkün olmadı. Üsul sahəsindəki digər dəlillər isə həmin qaynaqlara
əsaslandırılaraq həzrət Peyğəmbərin (s) vəfatından sonra meydana gəlmişdir.
14
Şiə alimlərinin icmanı qəbul etmə səbəblərinin bir çox dəlilləri vardır.
15
Məhəmməd əs-Sədr (1945-1979) də icmaya müstəqil dəlil olaraq yox, sadəcə bilgiyə
çatdıran bir vasitə olaraq baxır. Beləliklə qədim alimlərdən tutmuş müasir
dövrümüzədək olan bütün fəqihlərə görə, icmanın hüccət (dəlil) ola bilməsi üçün
İmamın (ə) da o icmada olması zəruridir. Məsumun (ə) olmadığı icmanın heç bir dəlil
dəyəri yoxdur. Bu, bütün fəqihlərin ittifaq etdiyi məsələdir.
11
Nəhl surəsi, ayə 44.
12
Şeyx Amir əl-Ğüreyri. əl-İmam Cəfər əs-Sadiq və ərahul-fiqhiyyə, Beyrut: Darul-Kutubul-İlmiyyə,
2005, 54-55.
12
Maidə surəsi, ayə 92.
13
əl-Ğüreyri, əl-İmam Cəfər əs-Sadiq və ərahul-fiqhiyyə, Beyrut: Darul-Kutubul-İlmiyyə, 2005, 55.
14
əl-Həsəni, Tarixul-fiqhil-Cəfəriyyə, 38.
15
əl-Həsəni. Tarixül-fiqhil-Cəfəriyyə, 47.
|