Academic Journal of History and Idea
Vol.6 /Num.3
Quliyev / pp 1786-1801
Sept. 2019
1798
Əsər 23 kitabdan (ana bölüm), 393 babdan (kiçik fəsil) və 13590 hədisdən
ibərətdir.
30
Əsər 23 böyük fəsli (kitabı) ehtiva edir:
Şeyx Tusinin hədis sahəsində yazdığı ikinci dəyərli əsəri “əl-İstibsar fima
üxtulifə minəl-əxbar”dır. Əsər “Kütubu ərbəə”nin dördüncüsü hesab edilir. Müsəlman
alimləri “Təhzibül-əhkam”a önəm verdikləri kimi bu əsərə də yüksək qiymət vermiş və
şəri hökmlərin istinbat edilməsi üçün buna müraciət etmişlər.
Əxbar və fiqhdə olan halal və haram haqqındakı ixtilaflı hədisləri ehtiva edən bu
əsər 5511 hədisdən ibarətdir.
31
Əsər özəlliyinə görə, “Təhzibül-əhkam”ın müxtəsəri
kimi dəyərləndirilir. Həmçinin “əl-İstibsar” tərtib baxımından da ona bənzəyir.
Nəticə olaraq bunu qeyd etmək olar ki, Şiə-imamiyyə məzhəbində üsul elmlərinə
aid ilk əsərlər məhz hicrətin ilkin əsrlərində yazılmış, daha sonrakı dövrlərdə isə üsula
aid bəzi məfhumlar ortalığa qoyulmuş və zaman keçdikcə də inkişaf etdirilmişdir.
Bütün bunlardan başqa, məqalədə Qurani-Kərimlə yanaşı, Şiə məzhəbində
hədislərin də ikinci əsas qaynaq olması, hədislərsiz Quranın doğru-düzgün başa
düşülməsinin mümkünsüzlüyü vurğulanmış və sözügedən məzhəbin əsas hədis
qaynaqları tanıtdırılmışdır.
30
Həmin mənbə, 161.
31
Möhsün əl-Əmin. Əyanüş-şiə. IX c., 165.
|