20. Bir faktorlu məhsuldarlıq:
Əmək məhsuldarlığı=çıxış/əmək
Avadanlıq məhsuldarlığı=çıxış/materiallar
Kapital məhsuldarlığı=çıxış/kapital
Çox faktorlu məhsuldarlıq=çıxış/əmək+kapital+avadanlıq+enerji
21. Məhsuldarlığın artması 2 yolla olur:
İstehsal sabit, lakin girişlər azalır; Bu metod vasitəsilə firmada istehsal olunan ümumi məhsulların sayı
sabit saxlanılır, lakin istehsalda istifadə olunan amillərin azaldılması həyata keçirilir. Bunun üçün istehsal
amillərinin səmərli istifadəsi reallaşdırılır. İstehsalda istifadə olunan amillər maksimum azaldılır və
nəticədə sərf olunan amillərə nisbətən istehsalın sayı artır.
Girişlər sabit, lakin istehsal artır. Bu metod vasitəsilə məhsulun dizaynında elə bir dəyişiklik edilir ki,
keyfiyyəti azaltmadan və hətta artmaqla eyni sayda istehsal amillərindən daha çox məhsul istehsalına nail
olunur.
22. Məhsuldarlığın artırılması məqsədilə aşağıdakı tədbirlərdən istifadə etmək olar:
Əmək məhsuldarlığının artımına təsir edən amillər:
Təhsil;
Qidalanma;
Nəqliyyat və sanitariya.
|