-Öyrənmə fəaliyyətləri-Müəllim və şagirdlərin verilmiş təlim nəticələrinə çatmaqları üçün
sinifdaxili və sinifdənkənar etdikləri fəaliyyətlər daxildir.
Planlaşdırmanın iki növü var
✓ Perspektiv -illik
✓ Cari-Gündəlik
İllik planlaşdırma müəllimin bir akademik tədris ili ərzindəki sinifdaxili sinifdənkənar və
məktəbdaxili və məktəbdənkənar fəaliyyətinitənzimləyən tədrisin təşkili ilə bağlıməsələləri
özündə əks etdirən sənəddir
İllik planlaşdırma hazırlamaqla müəllim il ərzində və hansı zaman aralığında hansı alt
standartları realla.dıracağını hansı mövzuları keçəcəyini tədrisi necə təşkil edəcəyini və s
müəyyənləşdirmiş olur .
Dərs planı nədir
-Dərs planı müəllimin yaxşı dərs keçməsi və arzu olunan məqsədlərə çatması üçün ona bələdçi
rolunu oynayır .Bundan istifadə edərək müəllim materialları şagirdlərə məntiqi ardıcıllıqla
çatdıra bilir
Yəni dərs planı birnöv yol xəritəsidir burada əsk edilir
-dərsin məqsədi
-qiymətləndirmə üsul və vasitələri
-məqsədə çatmaq üçün istifadə edilicək işlər və fəaliyyətlər
Nə üçün dərsi planlamalıyıq
Çünki gündəlik planlaşdırma müəllimə şagirdlərə dərsdə nəyi və necə öyrədəcəyi haqqında aydın
bir fikir verir və problem yarada biləcək məsələlər haqqında qabaqcadan düşünə bilmək imkanı
yaradır bununlada müəllimin hədəfinə çatmaq planı asanlaşmış olur.
Dərs planlanan zaman aşağıdakılar nəzərə alınmalıdır
-dərsin məqsədini aydın şəkildə anlaşılacaq formada müəyyənləşdirmək
-Formativ qiymətləndirmə üsullarını müəyyənləşdirmək
-Fəaliyyətləri dərsin məqsədinə uyğun seçmək
|