Magistratura məRKƏZİ Əlyazması hüququnda


— çirkab suları yaranmır;  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 çirkab suları yaranmır; 

 bütün qoxular zavoda yanma zamanı məhv olur; 

 ISO 14001, Benyəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən yara-

dılmış  bütün  dünyada  geniş  yayılmış  ətraf  mühitin  idarəolunması  standartlarına 

tam uyğundur. 

Bərk  Məişət  Tullantılarının  Çeşidlənməsi  Zavodu  2012-ci  ildən  fəaliyyət 

göstərir.  Ölkədə  təkrar  istehsal  biznesinin  inkişaf  etdirilməsi  məqsədilə  Balaxanı 

qəsəbəsində  yaradılan  Bərk  Məişət  tullantılarının  Çeşidlənməsi  Zavodu  alman 

texnologiyası  əsasında  qurulmuşdur  və  illik  200  min  ton  tullantı  qəbul  etmək 

gücünə  malikdir.  Çeşidləmənin  aparılması  nəticəsində  təkrar  emal  üçün  yararlı 

tullantılar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı 

formalaşdırır, ölkədə təkrar emalın qurulması üçün zəmin yaradır, enerjiyə qənaət 

olunur və ən önəmlisi, tullantıların ətraf mühitə  mənfi təsirini azaldır. 

Azərbaycanda  son  dövrlərdə  alternativ  və  tükənməz  enerji  mənbələrindən 

istifadə üzrə böyük irəliləyişlər vardır. 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 -

li  sərəncamı  ilə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikasında  alternativ  və  bərpa 

olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nda nəzərdə 

tutulmuş  tədbirlər  həyata  keçirilmiş,  yeni  layihələrin  başlanması  üçün  zəmin 

yaranmışdır. 

Demək  olar  ki,  ölkənin  bütün  rayonlarında  bərpa  olunan  enerji  mənbələri 

hesabına yeni enerji güclərinin yaradılması üçün layihələrin hazırlanmasına başlan-

mışdır.  Azərbaycan  Respublikası  Prezidentinin  2014-cü  tl  17  yanvar  tarixli  232 



 

59 


nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  «2014-2016-cı  illərdə  Bakı  şəhəri  və  onun 

qəsəbələrinin  sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqrammı»  və  2014-cü  il  27 

fevral  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikası  regionlarının 

2014-2018-ci illərdə sosial-iqtisadi  inkişafı  Dövlət  Proqrammı»  üzrə  alternativ və 

bərpa  olunan  enerji  mənbələri  hesabına  yeni  generasiya  güclərinin  yaradılması 

nəzərdə tutulmuşdur (19).  

Təkcə 2010-2014-cü illər ərzində Dövlət Agentliyi tərəfindən onlarla  layihə 

həyata  keçirilmişdir.  Azərbaycan  Respublikası  Alternativ  və  Bərpaolunan  Enerji 

Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) tərəfindən istifadəyə verilmiş layihə-

lər bunlardır: 



 Qobustan Eksperimental Poliqonu və Təbdris Mərkəzi 13 sentyabr 2011-

ci  ildən  fəaliyyətə  başlamışdır.  Layihə  üzrə  poliqonda  2.7  MVt  gücündə  Külək 

Elektrik Stansiyası (KES), 1.8 MVt gücündə Günəş Elektrik Stansiyası (GES) və 1 

MVt gücündə Bioqaz Elektrik Stansiyası (BES) quraşdırılıb istifadəyə verilmişdir



  Biləsuvar,  Masallı,  Beyləqan  rayonlarında,  Bakı  şəhərində  və  digər 

ərazisində GES və istilik nasosları (İN) quraşdırılıb istifadəyə verilmişdir; 



  Naxçıvan  MR,  Neftçala,  Gədəbəy,  Balakən,  Qazax,  Qax,  Yevlax,  Xaç-

maz, Xızı, Lerik rayonlarında gücü 10 MVt-a qədər olan hibrid elektrik stansiyaları 

(günəş, külək, biokütlə və s.) tikilib istifadəyə verilmişdir. 

Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 

tərəfindən «Təmiz Şəhər» ASC-nin 44 MVt gücündə Bakı Bərk Məişət Tullantı-

larının Yandırılması Zavodu, «Azərenerji» ASC tərəfindən İsmayıllı rayonunda 1.0 

MVt  gücündə  İsmayıllı  SES,  Göyçay  rayonunda  3.3  MVt  gücündə  Bığır  SES, 

Azərbayxan  Respublikası  Dövlət  Neft  Şirkəti  tərəfindən  Xəzər  rayonunda  9.3  ha 

sahədə  «Ekoloji  Park»  layihəsi  həyata  keçirilmişdir.  Parkda  elektrik    enerjisinə 

olan  tələbat  alternativ  və  bərpa  olunan  enerji  mənbələri  hesabına  ödənilir  (22). 

Qeyd etmək lazımdır ki, son dövrlərlə alternativ və bərpa olunan enerji mənbələ-

rindən istifadə üzrə qeyri-dövlət sektoru da aktiv iştirak edir.  



 


 

60 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin