114. Qarovullar c
ədvəlinə əsasən (1 saylı əlavə) qarnizon qarovulları qarnizon hərbi komendantı, daxili qarovullar isə
h
ərbi hissə qərargahı rəisi tərəfindən təyin edilir.
Qarovullar h
ər sutkada dəyişdirilməlidir. Bir qayda olaraq eyni hərbi qulluqçular ən çoxu iki sutkadan bir qarovula
t
əyin edilirlər.
115. Obyektl
ərin vacibliyini, hasarlanmasını və mümkün qədər az saylı saatdarlarla etibarlı mühafizəsini nəzərə
alaraq, onların mühafiz
əsini və müdafiəsini təşkil etməkdən ötrü qarnizon rəisinin (hərbi hissə komandirinin) göstərişinə
əsasən qarnizon qarovulları cədvəlini qarnizon hərbi komendantı, daxili qarovullar cədvəlini isə hərbi hissə qərargahı rəisi
t
ərtib edir. Qarovullar cədvəlini tərtib etməzdən qabaq ərazidə obyektlərin yerləşmə şəraitini öyrənmək lazımdır.
Ordu v
ə mərkəz tabeliyində və öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi üçün qarovullar cədvəlini hərbi
obyektin (anbarın, bazanın) r
əisi tərtib edir.
Az
ərbaycan Respublikasının Daxili Qoşunlarından olan qarovullar qarnizon qarovulları cədvəlinə daxil edilmir.
116. Qarovullar c
ədvəli ilə eyni vaxtda hər bir qarovul üçün postların yerləşmə sxemi, postlar tabeli (3 saylı əlavə) və
qarovul r
əisi üçün təlimat tərtib edilir.
Postların yerl
əşmə sxemində postların və qadağan zonalarının sərhədləri, hasarın növü, növbələrin və patrulların
postlara minik vasit
ələrində hərəkət marşrutları, saatdarların gündüz və gecə vaxtı hərəkət marşrutları, səngərlərin,
mü
şahidə qüllələrinin, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin, qarovul itləri postlarının yerləri, postlara gələn
daha çox t
əhlükəli yollar göstərilir.
Postlar tabelind
ə hər postda nəyin mühafizə və müdafiə olunması göstərilir. Tabeldə postun xüsusiyyətini və postda
xidm
ət aparılmasının konkret şəraitini nəzərə almaqla, saatdarların vəzifələri, onlara qüllədən müşahidə aparmasına
icaz
ə verilən vaxt, kənar şəxslərin posta buraxılması qadağan edilmiş ən yaxın məsafə, posta, yaxud qonşu postlara basqın
v
ə postdan yanğın vaxtı saatdarların hərəkətləri, onların hansı hallarda silah işlətməsinə icazə verildiyi göstərilir.
T
əlimatda qarovula tapşırılmış obyektlərin mühafizəsi və müdafiəsi üzrə qarovul rəisinin xüsusi vəzifələri, gecə vaxtı
v
ə pis hava şəraitində mühafizənin gücləndirilməsi barədə, mühafizə olunan obyektlərə basqın edildikdə, yanğın və təbii
f
əlakət baş verdikdə, döyüş həyəcanı siqnalları üzrə qarovulun hərəkətləri barədə göstərişlər, həmçinin döyüş sursatı
saxlanan ye
şiklərin açılması qaydası göstərilir.
Postların yerl
əşmə sxemi, postlar tabeli və qarovul rəisi üçün təlimat qarnizon rəisi (hərbi hissə komandiri)
t
ərəfindən təsdiq edilir.
117. Qarnizon qarovullarının, h
əmçinin hərbi məktəblərin daxili qarovullarının cədvəlləri Baş Qərargah rəisinin,
h
ərbi hissələrin daxili qarovullarının cədvəli isə birləşmə komandirinin təsdiqinə verilir.
H
ərbi ali məktəblərin daxili qarovullarının cədvəlləri onların rəisləri tərəfindən təsdiq edilir.
Birlik v
ə yaxud mərkəz tabeliyində olan hərbi hissələrin daxili qarovullar cədvəli, həmçinin belə tabelikdə olmaqla öz
mühafiz
ə bölmələri olan obyektlərin mühafizəsi və müdafiəsi üçün təyin edilən daxili qarovullar cədvəlləri bilavasitə
müvafiq r
əislərin təsdiqinə verilir.
C
ədvələ qarovul postlarının yerləşmə sxemi əlavə olunur.
118. Qarnizon h
ərbi komendantı (hərbi hissə qərargahı rəisi) qarovullar cədvəlinə əsasən hər ay üçün qarovullar
naryadı c
ədvəlini (2 saylı əlavə) tərtib edir və o, qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təsdiq edilir.
Qarovullar naryadı c
ədvəlindən çıxarışlar, həmçinin postların yerləşmə sxemləri, postlar tabelləri və qarovul rəisləri
üçün t
əlimatlar qarnizon xidməti aparmağa cəlb edilən bütün qarnizon hərbi hissələrinə təzə ayın başlanmasına ən geci
10 sutka qalmı
ş göndərilir.
H
ərbi hissə qərargahı təzə ayın başlanmasına 5-6 sutka qalmış qarovulların təyin edildiyi bölmələrin komandirlərinə
onların naryada getm
ə günlərini və qarovulların tərkibini bildirir.
Qarovullar naryadı c
ədvəlində, postların yerləşmə sxemində və postlar tabelində edilən hər hansı bir dəyişikliyi
qarnizon h
ərbi komendantı (hərbi hissə qərargahı rəisi) vaxtında hərbi hissələrə (bölmələrə) bildirir.
119. Qarovul r
əisi obyektdə beş və daha artıq post olduqda zabitlərdən, yaxud gizirlərdən (miçmanlardan), ondan az
post olduqda is
ə, çavuşlardan təyin edilir.
Xüsusi
əhəmiyyətli obyekti mühafizə edən qarovul rəisi postların sayından asılı olmayaraq, zabitlərdən və ya
gizirl
ərdən (miçmanlardan) təyin edilir.
H
ərbi məktəblərdə postların sayından asılı olmayaraq, qarovul rəisi yuxarı kurs kursantlarından təyin edilə bilər.
Qarnizon hauptvaxtında qarovul r
əisi həmişə zabitlərdən təyin edilir.
Qarnizon r
əisinin (hərbi hissə komandirinin) qərarı ilə qarovula çavuşlardan qarovul rəisi köməkçisi təyin oluna
bil
ər. Qarovul rəisi köməkçisinin təyin edilmədiyi halda onun vəzifəsini birinci dəyişdirici yerinə yetirir.
Qarovulun t
ərkibində qarovul itləri postları olduqda it bələdçilərinin başçılarından qarovul rəisinin qarovul itləri
xidm
əti üzrə köməkçisi təyin edilir (13 saylı əlavə).
120. Qarovulun hey
ətinə çavuşlardan, baş əsgərlərdən (baş matroslardan) və ya yaxşı hazırlıqlı əsgərlərdən
(matroslardan) d
əyişdiricilər təyin edilir.
Postalrın sayından v
ə yerindən asılı olaraq dəyişdiricilərin miqdarı elə hesablanır ki, hər bir dəyişdirici postlara beş
n
əfərdən çox saatdar qoymasın, postlara getməyə, saatdarların dəyişdirilməsinə və qarovul otağına qayıtmasına bir
saatdan çox vaxt s
ərf edilməsin.
Qarovula bir neç
ə dəyişdirici təyin edildikdə, onlar birinci dəyişdirici, ikinci dəyişdirici və s. adlanırlar.
Qarovul ancaq bir postu mühafiz
ə edirsə, dəyişdirici təyin edilmir, onun vəzifəsini qarovul rəisi yerinə yetirir.
121. Qarovul n
əfərləri əsgərlərdən (matroslardan) təyin edilirlər. Əsgərlər (matroslar) çatışmadıqda müddətli xidmət
çavu
şları qarovul nəfəri təyin oluna bilərlər. Bu halda postun (postların) bütün növbələri onlardan təşkil edilir və hərbi
rütb
əsi qarovul nəfərinin hərbi rütbəsindən aşağı olmayan hərbi qulluqçu dəyişdirici təyin edilir.
Qarovul n
əfərlərinin sayı həmin qarovul üçün təyin edilmiş postların sayından asılıdır. Postların sutka ərzində
mühafiz
əsi üçün üç növbəli, postlar ancaq gecə (qaranlıq başlanandan işıqlanana qədər) və ya bu postun anbarlarının,
saxlanclarının ba
ğlanmasından açılmasına qədər mühafizə olunduqda isə iki növbəli saatdarlar təyin edilirlər.
Çıxarıcılar h
əbs edilənlərin sayından və hauptvaxtdakı ümumi istifadə yerlərinin harada yerləşməsindən asılı olaraq
10-15 h
əbs edilənə bir çıxarıcı təyin edilir.