qoruyucuya qoyulub», onu s
ərbəst «qayışa» vəziyyətinə götürür və geriyə addım atır.
208. Növb
ə silahları doldurandan sonra yeni qarovul rəisi «Növbə, sağa — DÖN», «Postlara addımla — MARŞ»
komandaları verir. H
ər bir dəyişdirici «Növbə, arxamca — MARŞ» komandası verir və növbəni postlara aparır.
Birinci növb
ə qarovul otağından gedəndən sonra qarovul rəisinin köməkçisi qarovulun şəxsi heyətindən ehtiyat
qrupları t
əşkil edir və mühafizə olunan obyektlərə, yaxud qarovul otağına basqının dəf olunması və yanğın zamanı onun
söndürülm
əsi haqqında onlara tapşırıq verir.
209. Növb
ələr postlara bir-bir kolonla gedir və qayıdırlar. Dəyişdirici kolonun önündə gedir. Hərbi hissə (birləşmə)
Döyü
ş Bayrağının və abidələrin yanındakı postlara növbələr sıra addımları ilə gedirlər.
Köhn
ə qarovulun dəyişdiricisi yeni qarovulun dəyişdiricisinin yanında və sol tərəfində gedir.
Bütün yeni komandalar yeni d
əyişdirici tərəfindən verilir.
Qarovullarda postların sayı çox olduqda, h
əmçinin onlar bir-birindən və qarovul otağından çox uzaqda yerləşdikdə,
növb
ələr postlara qarnizon rəisinin (hərbi hissə komandirinin) bu məqsəd üçün ayırdığı maşınlarla aparılıb-gətirilə
bil
ərlər.
210. Yeni qarovulun birinci növb
əsinin axırıncı qarovul nəfəri posta qoyulduqdan sonra köhnə qarovul dəyişdiricisi
özü kolonun önünd
ə olmaqla dəyişdirilmiş qarovul nəfərlərini qarovul otağına aparır. Yeni qarovul dəyişdiricisi köhnə
qarovul d
əyişdiricisindən solda yeriyir.
Bütün komandalar köhn
ə qarovul dəyişdiricisi tərəfindən verilir.
211. Qarovul növb
ələri postlara gedərkən və postlardan gələrkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra
nizamnam
əsinə müvafiq əsgəri qaydada salamlaşırlar.
212. Qarovul d
əyişdirildiyi zaman yeni qarovul rəisi köhnə qarovul rəisi ilə birlikdə qarovul rəisi üçün təlimatda
göst
ərilən, mühafizə olunan daha vacib obyektlərin vəziyyətini, onların işıqlandırılmasını, hasarların, səngərlərin
sazlı
ğını, qarovul otağının və hauptvaxtın vəziyyətini gəzib gözdən keçirməklə yoxlayır. Bundan sonra ondan siyahı ilə
s
ənədləri, möhürləri və açarları ilə birlikdə döyüş sursatı saxlanan yeşikləri, mühafizə olunan obyektləri açmaq üçün icazə
v
ərəqələrinin nümunələrini, həmçinin rabitə və siqnalizasiya vasitələrini qəbul edir.
213. Postlardan qayıdan kimi silahlar 106-cı madd
ədə göstərilən qaydada boşaldılır. Silahları əvvəlcə hər iki
qarovulun d
əyişdiriciləri boşaldırlar, sonra köhnə qarovul dəyişdiricisi «Sağdan, bir-bir BOŞALT» komandası verir.
Bu komanda il
ə qarovul nəfərləri növbə ilə qabağa bir addım ataraq, dəyişdiricinin nəzarəti altında öz silahlarını
bo
şaldırlar. Maqazinləri çantaya qoyaraq «Silah boşaldılıb» deyə məlumat verirlər; çaxmaq çərçivəsini (çaxmağı) dala
ç
əkərək silahı yoxlamağa təqdim edirlər. Dəyişdirici qarovul nəfərlərinin silahlarını yoxlayır, bundan sonra qarovul
n
əfərləri çaxmaq çərçivəsini (çaxmağı) qabaq vəziyyətə verib, çaxmaq dabanını buraxır, silahı qoruyucuya qoyur,
süngünü çıxardır (qatlayır), silahı «qayı
şa» vəziyyətinə götürür və geriyə bir addım ataraq öz yerlərində dayanırlar. Sonra
qarovul n
əfərləri böyüyün komandası altında köhnə qarovul olan yerə, dəyişdiricilər isə qarovul otağına gedirlər.
214. Köhn
ə və yeni qarovulların dəyişdiriciləri dəyişilmə haqqında növbə ilə öz qarovul rəislərinə məlumat verirlər,
m
əsələn: «Yoldaş leytenant. Dəyişmə (dəyişilmə) yerinə yetirilib. Postlar saz vəziyyətdə təhvil verilib (qəbul edilib).
Dostları ilə paylaş: |