Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə qarşı qadağalar
Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar qadağan edilir:
-törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları hüquq-mühafizə
orqanlarından gizlətmək;
-əməliyyat-axtarış tədbirlərini,habelə qanunvericiliklə dövlət orqanlarının
səlahiyyətlərinə aid edilmiş digər tədbirləri həyata keçirmək,bu Qanunla
nəzərdə tutulmayan digər mühafizə xidmətləri göstərmək;
-özünü prokukorluq,daxili işlər,milli təhlükəsizlik,fövqəladə hallar,ədliyyə,
vergi,gömrük və ya digər dövlət orqanlarının əməkdaşı kimi təqdim etmək,
həmin orqanların,habelə silahlı qüvvələrin və başqa silahlı birləşmələrin
xüsusi və ya hərbi feyim forması,fərqlənmə nişanları və digər simvollarından
istifadə etmək;
-hüquq-mühafizə və digər dövlət orqanları əməkdaşlarının qanuni səlahiyyət-
lərinin həyata keçirilməsinə maneçilik törətmək;
-xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin
hüdudlarından kənara çıxarmaq;
-mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından
kənarda daşımaq;
-xidməti istifadə üçün verilmiş xüsusi vasitələri istifadə etmək üçün kənar
şəxslərə vermək;
-mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin təş,
habelə mühafizə olunan obyektlərin mülkiyyıtçiləri və ya qanuni sahibləri-
nin yazılı icazəsi olmadan video və audioyazı,foto və kino çəkilişi aparmaq;
-fiziki şəxslərin şəxsi və ailə həyatının sirri olan məlumatları qanunsuz toplamaq.
-özəl mühafizə fəaliyyəti ilə əlaqədar malik olduqları şəxsi,ailə,peşə,kommer-
siya,bank və s.sirr təşkil edən məlumatları,habelə belə məlumatları əks
etdirən sənədləri yaymaq,satmaq,başqasına vermək,onlardan mühafizə
xidmətləri göstərilən fiziki və ya hüquqi şəxslərin maraqlarına zidd və ya
digər şəxslərin maraqlarına uyğun istifadə etmək;
-dövlət qulluğunda olmaq;
-işlədiyi özəl mühafizə müəssisəsi hər hansı digər kommersiya və ya qeyri
kommersiya təşkilatına mühafizə xidmətləri göstərirsə,həmin kommersiya
və ya qeyri-kommersiya təşkilatında mühafizə fəaliyyəti ilə bağlı olmayan
vəzifə tutmaq;
-fiziki şəxslərin hüquq və azadlıqlarına qəsd edən,onların həyatını,sağlam-
lığını,şərəf və ləyaqətini,əmlakını və qanuni mənafelərini təhlükə altına
alan hərəkətlərə yol vermək;
5.
-özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hüquq-mühafizə orqanları
əməkdaşlarının hüquq statusu şamil edilmir.
-özəl mühafizə müəssisəsi, mühafizəçiləri vahid nümunəli geyim forması
və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir;
-mühafizəçilərin geyim formaları AR-nın Silahlı Qüvvələri və başqa silahlı
birləşmələrin,prokurorluq,daxili işlər,milli təhlükəsizlik,fövqəladə hallar,
ədliyyə,vergi,gömrük və digər dövlət orqanlarının xüsusi və ya hərbi
geyim formalarından aşkar və aydın şəkildə seçilməlidir.Mühafizəçinin vahid
nümunəli geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq icra hakimiy-
yəti orqanı tərəfindən müəyyən edilir.
-özəl mühafizə müəssisəsi, mühafizəçinin geyim formasının üzərində həmin
müəssisənin tam adı,fərdi qeydiyyat nömrəsi,habelə mühafizəcinin adı və
soyadı göstərilməlidir.
Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsində fiziki
Dostları ilə paylaş: |