34
inteqrasiya prinsipi gözlənilmədən tarixi gedişi anlamaq mümkün deyildir. Həmin
prisipin gözlənilməsi Ümumi tarix fənninin əsas xüsusiyyətlərindən biridir. Digər
tərəfdən, Ümumi tarix ölkə ərazisində yaşamış və yaşayan insanların həyatının bütün
sahələrini və təzahürlərini əhatə etdiyi üçün onun başqa fənlərlə, başqa bilik sahələri
ilə yüksək bağlılığı vardır. Buna görə də Ümumi tarix fənninin hər mərhələsində
üfüqi inteqrasiya gözlənilməlidir. Bu şagirdlər tərəfindən fənnin məzmununun
mənimsənilməsinin zəruri şərtlərindəın biridir. Ümumi tarixi tədrisində iki tip
inteqrasiya tətbiq etmək məqsədəuyğundur. Birinci tipə fənn daxilində (şaquli və
üfqi) inteqrasiya, ikinci tipə isə fənlərarası (üfüqi) inteqrasiya daxildir. Birinci tip
inteqrasiya özündə aşağıdakı modelləri birləşdirir:
-fraqmentləşdirilmiş (hissələrə bölünmüş) inteqrasiya;
-əlaqəli inteqrasiya;
- sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) inteqrasiya.
Kurikulumun ənənəvi planlaşdırma və təşkili modeli olan fraqmentləşmiş
fənlərdə olduğu kimi, Ümumi tarix də müstəqil tədris sahəsidir. Ümumi orta və tam
orta təhsil pillələrində Ümumi tarix ayrıca fənn kimi tədris olunur. Bu modeldə
fraqmentləşmə olmasına baxmayaraq, Ümumi tarix fənni daxilində tədris
prioritetlərini sistemli təşkil etmək, üst-üstə düşmə və yüklənmə hallarını azaltmaq
üçün inteqrasiya mövzularının, bacarıqların və konsepsiyaların sıra ilə qeyd olunması
və dəyərləndirilməsi ilə başlana bilər.
Dostları ilə paylaş: