56
“Hüquqi şəxslərin dövlət qeydiyyatı” haqqında Azərbaycan
respublikasının Qanununa əsasən yaradılmış nəzarəti həyata keçirən
subyektlər.
Daxili sərəncam sənədlərinə əsasən yaradılmış nəzarəti həyata keçirən
subyektlər. Bura isə, daxili audit söbəsi, müəssisə, idarə və
təşkilatların təftiş şöbələri və s. aiddir.
Nəzarət orqanını yaratmaq məqsədilə çıxış edənlərə görə nəzarəti həyata
keçirən subyektlərin təsnifatına aşağıdakılar aid edilir:
Normativ hüquqi aktın tələbinə əsasən təşkil olunan nəzarəti həyasta
keçirən subyektlər. Bura əsasən, kommersiya banklarının daxili
nəzarət bölmələri və səhmdar cəmiyyətlərinin təftiş komissiyalarını
daxil etmək olar;
İdarəedən subyektin özünün təşəbbüsü ilə yaradılmış nəzarəti həyata
keçirən subyektlər. Bu tipli subyektlərə müəssisə, idarə və təşkilat
rəhbərinin göstərişinə əsasən yaradılmış daxili nəzarət bölmələri və
səhmdar cəmiyyətinin daxili təftiş bölmələrini misal göstərmək olar;
Öz təşəbbüsü ilə yaradılmış nəzarəti həyata keçirən subyektlər.
Burada isə nəzarəti həyata keçirən subyekt qismində rəsmi
qeydiyyatdan keçmiş auditor şirkətləri çıxış edir.
Ərazi təşkilat səviyyəsinə görə nəzarəti həyata keçirən subyektlərə isə
beynəlxalq, dövlət, regional və ayrıca olaraq müəssisə, idarə və təşkilatlarda,
habelə ayrı-ayrı təsərrüfat subyektlərində və qurumlarda yaradılmış nəzarəti həyata
keçirən subyektlərə bölünür.
Maliyyələşmə mənbəyinə görə nəzarəti həyata keçirən subyektlər aşağıdakı
qruplar üzrə təsnifləşdirilir;
Büdcə hesabına maliyyələşən nəzarəti həyata keçirən subyeklər.
Əsasən belə subyektlərə dövlət və yerli nəzarət orqanlarını misal
göstərmək olar.
Sahibkarlıq fəaliyyəti hesabına nəzarəti həyata keçirən subyektlər.
Burada isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və
57
təşkilatların müraciətləri əsasında audit şirkətləri tərəfindən maliyyə
nəzarətinin həyata keçirilməsi prosesi başa düşülür.
Təsisçi hesabına yaradılmış nəzarəti həyata keçirən subyektlər.
Burada isə nəzarəti həyata keçirən subyekt qismində təsisçi tərəfindən
seçilmiş və müəyyən edilmiş daxili audit xidməti çıxış edir.
Müxtəlif mənbələr hesabına maliyyələşən nəzarəti həyata keçirən
subyektlər. Bu subyektlərə isə ictimai nəzarət orqanlarının daxil etmək
olar.
Hüquqi statusuna görə nəzarəti həyata keçirən subyektlər dövlət və
bələdiyyə, kommersiya və ya auditor, təsərrüfat daxili və ictimai olmaqla
dörd əsas
təsnifat üzrə qruplara ayrılır.
Müəssisə, idarə və təşkilatlarda maliyyə nəzarətinin təşkil olunmasının əsas
məqsədi xərclərin və gəlirlərin balansının tənzimlənməsini təmin etmək, istehsal
üzrə əsas xərc istiqamətlıərini müəyyənləşdirmək, istehsaldan əldə olunmuş
mənfəəti digər istehsal sahələrinə investisiya olunmasını təmin etmək, pul
axınlarının hərəkətinə nəzarəti təmin etməkdən ibarətdir. Maliyyə nəzarəti bu
məqsədlərə çatmaq üçün əsasən aşağıdakı vəzifələri icra edir:[26, səh. 365]
Maliyyə resurslarına olan tələbatlar və resursların formalaşması
arasındakı tarazlığın təmin edilməsi;
Maliyyə öhdəliklərinin dövlət büdcəsi qarşısında tam həcmdə və
vaxtında təmin olunması;
Müəssisə, idarə və təşkilatların maliyyə resurslarından səmərəli
istifadə etməsinə, uçot və hesabat işlərinin düzgün təşkil kömək
etmək;
Qüvvədə olan mövcud qanunvericilik və normativ aktlara riayət
olunmasına nəzarətin təmin olunması;
Müəssisə, idarə və təşkilatların xarici-iqtisadi fəaliyyətində yüksək
aktivliyə nail olunmasının təmin olunması.
Yuxarıda qeyd etdiklərimiz əsasında deyə bilərik ki, hər bir müəssisə, idarə
və təşkilatlarda debitor və kreditor xərclərinin proqnozlaşdırılması məhz həmin
58
xərclər üzrə maliyyə nəzarətinin düzgün yerinə yetirilməsi əsasında müəyyən
olunur.
Dostları ilə paylaş: