3
Tam Milli iqtisadiyyatdan danışarkən burada milli istehsal
resursları da başlıca yer tutur. Milli istehsal resursları dedikdə ölkə
daxilində və xaricində yalnız dövlətə, milli sahhibkarlara məxsus istehsal
amillərin məcmusu başa düşülür. Yani milli istehsal resurslari ilə ölkədə
daxili milli məhsul yaradılır. Daxili milli məhsul milli iqtisadiyyatın
ümumiləşdirilmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur.
İqtisadiyyatın müstəqil milli əsasının yaradılmasında 4 əsas şərt vacibdir:
1. Ərazi birliyinin yaradılması
2. Ərazi əmək bölgüsünün olması
3. Iqtisadi birlik
4. İstehsalın kompleks inkişafı
Ərazi birliyi hər bir müstəqil dövlətin atributudur. Yani ərazi
bütövlüyü, sərhədlərin toxunulmazlığı, sərhədlərin qorunması, inzibati
ərazi vahidliyi, müstəqil beynəlxalq subyekt kimi dünya ərazisində yeri
müəyyənləşdirilməlidir.
Ərazi əmək bölgüsü ülkənin təbii, coğrafi, iqtisadi potensialına
uyöun istehsal resurslarının ərazi üzrə ölcüsüdür.
İqtisadi birlik daha həlledici amildir. Ölkənin ayrı-ayrı əraziləri
arasında qarşılıqlı əlaqələrin inteqrasiyasıdır. Iqtisadiyyatın bütövlüyü,
tamlığı, onun daxilindəki ərazi əmək bölgüsünü əhatə edir. Istehsalın
kompleks inkişafı iqtisadiyyata birbaşa təsir edə bilməz. O, ölkənin
iqtisadi birliyindən irəli gələrək milli iqtisadiyyatın formalaşmasına
birbaşa təsir edir.
İqtisadiyyatın milli əsaslarını isə milli məhsuldar qüvvələrin
fəaliyyəti nəticəsi olan milli istehsal təşkil edir. Burada ərazidə istehsalın
kompleksliliyi, bütövlülüyü, təkrar istehsalın dövriyələri, onların
mərhələləri, aralarındakı əlaqələrin sıxlığı əsas göstərilir. Çünki istehsal
sahələri əlaqələnməsli, daxili əlaqələr güclənməli və yerli ehtiyatlardan və
imkanlardan istifadə edilməlidir. Milli iqtisadiyyatın əsasında istehsalın
texnoloji və təsərrüfat əlaqələrinin kompleks inkişafı əhəmiyyətli yer
tutmalıdır.
Bütün dünya ölkələrinin iqtisadiyyatı isə qarşılıqlı əlaqə və asılılıq
halında olan ümumdünya təsərrüfat sistemi olsa da, hər halda ayrı-ayrı
olkələrin inzibati ərazi sərhədləri üzrə bölünmüşdür. Hər bir ölkənin
iqtisadiyyatı özünün təbii-iqlim, maddi-texniki və sosial iqtisadi
əsaslarına görə fərdi xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətləri
meydana gətirən təbii tarixi proses ictimai əmək bölgüsüdür. İctimai
əmək bölgüsünün bir başa davamı olan beynəlxalq əmək bölgüsü ölkə
daxilində və ölkələr arasınsda iqtisadi əlaqələri zəruri edən amillərin
inkişafını qanunauyğun olaraq şərtləndirir.
4
Tam halında olan vahid iqtisadiyyat nisbi müstəqilliyə malik
olmaqla bir-birindən təcrid olunmuş müstəqil istehsal sahələrinə
parçalanır. İqtisadiyyat özü də bütöv olan istehsal proseslərinin
məcmusundan ibarətdir. Bütöv olan istehsal prosesinin ayrı-ayrı
nmərhələləri müxtəlif ölkələrin müəyyən ərazilərində təmərküzləşmişdir.
Dostları ilə paylaş: