FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə100/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   96   97   98   99   100   101   102   103   ...   179
Vergilər Və Vergitutma

4. Vergilərin ödənilməsi qaydası 
 
 
Vergilərin  ödənilməsi  –  vergi  ödəyicisinin  vergilərin  büdcəyə 
ödənilməsi üçün həyata keçirdiyi fəaliyyətlərin məcmusudur. 
KitabYurdu.az 
74


 
Vergilərin ödənilməsinin əsas üsulları aşağıdakılardır: 
-  köçürülmə yolu ilə (nağdsız); 
-  nağd qaydada; 
-  vergi qalığının əmlaka yönəldilməsi. 
Əksər  hallarda  vergilərin  ödənilməsi  hesablaşmaların  qeyri-nağd 
formasından  istifadə  edilməklə  həyata  keçirilir.  Bu  zaman  ödəniş 
tapşırığı  əsasında  pul  vəsaitləri  vergi  ödəyicisinin  bankdakı 
hesablarından  büdcəyə  köçürülür.  Vergi  ödəyiciləri  vergilərin 
ödənilməsi üçün müəyyən edilmiş son müddətə kimi vergilərin büdcəyə 
köçürülməsinə dair ödəniş tapşırıqlarını hesablaşma hesablarının açıldığı 
banka  təqdim  etməlidirlər.  Bu  ödəniş  tapşırıqları  banklar  və  kredit 
müəssisələri tərəfindən ilk növbədə icra edilir. 
 Vergilər  nağd  hesablaşma  yolu  ilə  də  ödənilə  bilər.  Məsələn, 
fiziki şəxslər əmlak vergisini və dövlət rüsumlarını bu yolla ödəyirlər. 
 Vergi  qalığının  əmlaka  yönəldilməsi  vergi  ödəyicisinin 
hesablarında vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş  maliyyə 
sanksiyalarının  ödənilməsi  üçün  kifayət  qədər  vəsait  olmadıqda  həyata 
keçirilir.  Ancaq  nəzərə  almaq  lazımdır  ki,  vergi  qalığının  əmlaka 
yönəldilməsi yalnız vergi münasibətlərində deyil, həm  də mülki-hüquqi 
münasibətlərə  toxunur.  Ona  görə  də  bu  üsulun  tətbiqi  zamanı  vergi 
ödəyicisinin mülkiyyət hüququ gözlənilməlidir. 
 Vergi  ödəyicisinin  əmlakı  yalnız  məhkəmənin  qanuni  qüvvəyə 
minmiş  qərarı  əsasında  açıq  hərracda  satılır,  ondan  əldə  edilən  məbləğ 
isə  əmlakın  satışı  üzrə  xərclərin,  hesablanmış  vergilərin,  faizlərin  və 
maliyyə  sanksiyalarının  ödənilməsinə  yönəldilir.  Vəsaitin  qalan  hissəsi 
isə vergi ödəyicisinə qaytarılır. 
 Vergilərin  büdcəyə  müntəzəm  daxil  olmasını  təmin  etmək  üçün 
bəzi  vergi  növləri  üzrə  (adətən  hesabat  dövrü  bir  il  olan)  cari  (avans) 
ödənişlər  nəzərdə  tutulur.  Cari  vergi  ödənişi  vergi  ödənişinin  elə 
üsuludur ki, bu zaman büdcəyə köçürülməli olan vəsaitin məbləği vergi 
üzrə  ödəniş  müddəti  başlayana  qədər  həyata  keçirilir.  Məsələn, 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  hüquqi  şəxslərin 
mənfəət vergisi, əmlak vergisi üzrə cari ödənişlər nəzərdə tutulub. 
 Cari ödənişlərin məbləğinin müəyyən edilməsinin iki üsulu var: 
 -  ümumi  gəlirdə  verginin  xüsusi  çəkisini  göstərən  əmsaldan 
istifadə etməklə; 
 
- ötən hesabat dövründəki verginin məbləği əsasında. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin