FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 Fiziki şəxslərin gəlir vergisinin mahiyyəti və vergi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə106/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   102   103   104   105   106   107   108   109   ...   179
Vergilər Və Vergitutma

1. Fiziki şəxslərin gəlir vergisinin mahiyyəti və vergi 
ödəyiciləri 
 
Fiziki şəxslərin ödədikləri vergilər arasında gəlir vergisi xüsusi yer 
tutur.  Gəlir  vergisi  ölkəmizdə  vergi  sisteminin  praktiki  olaraq  mövcud 
olmadığı sovet hakimiyyəti dövründə belə olmuşdur. 
 
1992-ci  ilin  yanvar  ayının  1-dən  Azərbaycan  Respublikasında 
fiziki  şəxslərin  gəlir  vergisinin  prinsipcə  yeni  sistemi  yaradıldı.  Hal-
hazırda  fəaliyyətdə  olan  fiziki  şəxslərin  gəlir  vergisi  sisteminin  əsas 
prinsipi sosial və digər mənşəyindən asılı olmayaraq vergi ödəyicilərinin 
bərabərliyi  prinsipidir.  Bu  o  deməkdir  ki,  vergi  ödəyiciləri  qanun 
qarşısında  bərabərdirlər,  müəyyən  səviyyəli  gəlir  əldə  edən  vergi 
ödəyiciləri üçün vergi dərəcəsi eynidir. 
 
Müstəqil  Azərbaycan  Respublikasında  1992-ci  ildən  fiziki 
şəxslərdən  gəlir  vergisi  tutulması  praktikasına  daha  bir  yeni  prinsip  – 
illik  məcmu  gəlirin  vergi  tutulmayan  minimumunun  müəyyən  edilməsi 
əlavə  olundu.  Bu  prinsipə  əsasən  illik  gəlirin  vergi  tutulan  məbləği 
həmin minimum həcmində azaldılır. 
 
Respublikanın  vergi  ödəyiciləri  üçün  illik  məcmu  gəlirləri  barədə 
vergi  bəyannamələrini  tərtib  etməyin  nəzərdə  tutulması  da  daha  bir 
yenilik oldu. 
 
Fiziki  şəxslərdən  gəlir  vergisinin  tutulmasının  daha  bir  mühüm 
prinsipi 
bu 
verginin 
vergi 
ödəyicisi 
əvəzinə  ödənilməsinin 
yolverilməzliyidir. Başqa sözlə, vergi vətəndaşların yalnız şəxsi gəlirləri 
əsasında hesablanmalı və bu gəlir hesabına ödənilməlidir. Mülkiyyət və 
təşkilati-hüquqi formasından asılı olmayaraq fiziki şəxslərə gəlir ödəyən 
müəssisə  və  təşkilatlar  öz  vəsaitləri  hesabına  gəlir  vergisini  ödəmək 
hüququna malik deyildirlər. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin