Mülkiyyətində vergitutma obyektləri olan fiziki şəxslər əmlak
vergisinin ödəyiciləridirlər. Rezident və qeyri-rezident fiziki şəxslərin
xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində
yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina
adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən
asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı
vasitələri vergitutma obyektləri sayılır.
Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə
ödəyirlər:
- onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış
dəyərindən:
bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan
çox olan məbləğdən isə -0,1 faizlə.
- su və hava nəqliyyatı vasitələrinə görə:
su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri
üçün 0,02 manat.
- mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların
bazar qiymətinin 1 faizi.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin
əmlak vergisi üzrə bir sıra güzəştlər və azadolmalar nəzərdə
tutulmuşdur.
Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının,
təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi
alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət
əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii
tikmə, ağac materiallarından məişət əşyalarının hazırlanması sahəsində
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu
emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
Binalar üzrə əmlak vergisi binaların inventar dəyərinə əsasən
hesablanılır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə
əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən
hesablanır.
Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər
sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır.
Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını
həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il
yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı
hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı
Dostları ilə paylaş: