oturacaq yerlərinin
sayına görə:
Taksi
ilə sərnişin
daşınması
1 ədəd nəqliyyat vasitəsi
üçün
9,0
Yük daşınması
Yükgötürmə qabiliyyəti
üçün (hər tona)
1,0
Bu cədvəl 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minir. (22)
Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi
ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün
sadələşdirilmiş vergi sadələşdirilmiş verginin məbləğinə aşağıdakı
əmsallar tətbiq etməklə müəyyən edilir:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri
ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon
və şəhərlərlə digər yaşayış məntəqələri arasında – 1,5;
- Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər
yaşayış məntəqələri arasında – 1,0.
Avtomobil nəqliyyatı vasitələrində və (taksi istisna olmaqla)
oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil
nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən
edilir.
Avtomobil nəqliyyatı vasitələrindəki və (taksi istisna olmaqla)
oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil
nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə
həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi
orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq
yerlərinin
sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat
şəhadətnaməsi və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş
arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş
verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən
sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 10
manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq
edilməklə hesablanır.
Dostları ilə paylaş: