3. Vergi yükü və onun hesablanması üsulları
4. Vergitutmanın prinsipləri
5. Vergitutmanın funksiyaları
1. Vergilərin iqtisadi mahiyyəti
Öz xərclərini maliyyələşdirmək üçün fiskal mexanizmlər yaradan
və onlardan istifadə edən dövlətin və dövlət aparatının yaranması
vergilərin yaranmasına səbəb olmuşdur. Ancaq vergilər ilk növbədə
mühüm maliyyə – iqtisadi kateqoriyadır.
Məcmu ictimai tələbatın ödənilməsi məqsədi ilə müəyyən bir dövr
ərzində ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri ümumi daxili
məhsul adlanır. Dəyər formasında ümumi daxili məhsul istehlak
olunmuş istehsal vasitələrinin dəyərindən (c), ödənilmiş əmək haqqının
məbləğindən (v) və mənfəətdən (m) ibarətdir. Bu zaman yeni yaradılmış
dəyər (v+m) ümumi milli gəliri təşkil edir. Öz hərəkətində ümumi daxili
məhsul və ümumi milli gəlir aşağıdakı dörd mərhələdən keçir:
- istehsal;
- bölüşdürmə;
- mübadilə;
- istehlak.
Ümumi daxili məhsulun müəyyən bir hissəsinin dövlət xəzinəsinə
cəlb edilməsinə obyektiv zərurət yalnız bölüşdürmə mərhələsində ortaya
çıxır. Çünki istehsalçıların və cəmiyyətin digər subyektlərinin ümumi
daxili məhsuldakı payları məhz bu mərhələdə müəyyən edilir. Qeyd
etmək lazımdır ki, ümumi daxili məhsulun ilkin bölüşdürülməsi prosesi
dövlətin iştirakı olmadan həyata keçirilir, çünki istehsal – bölüşdürmə
prosesini istehlak edilmiş istehsal vasitələrinin dəyərinin ödənilməsi,
əmək haqqının verilməsi və mənfəətin əldə edilməsindən başqa cür
təsəvvür etmək mümkün deyildir.
Eyni zamanda bəşəriyyətin inkişafının müəyyən mərhələsində
cəmiyyətin idarə edilməsinin üstqurum forması kimi yaranan dövlət
obyektiv olaraq öz mövcudluğu üçün maddi əsasın olmasını tələb edirdi.
Bunun əsas mənbəyi isə maddi istehsal sahəsidir. Məhz dövlətin
yaranması ilə yenidən bölüşdürücü (artıq bölüşdürülmüş ümumi daxili
Dostları ilə paylaş: