FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə73/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   69   70   71   72   73   74   75   76   ...   179
Vergilər Və Vergitutma

3. Vergi yoxlamaları 
 
 
Vergi  nəzarəti  sistemində  vergi  yoxlamaları  əsas  yer  tutur.  Vergi 
yoxlamaları  vergilərin  hesablanmasının  düzgünlüyünə  və  tamlığına 
KitabYurdu.az 
54


nəzarəti  bilavasitə  təmin  edir.  Vergi  ödəyicilərinin  müəyyən  edilmiş 
qaydada  vergi  orqanlarına  təqdim  etdikləri  bütün  hesabatlar  vergi 
yoxlamasından  keçir.  Yoxlamanın  gedişində  vergi  orqanlarına  verilmiş 
məlumatlarla  faktiki  məlumatlar  tutuşdurulur,  bu  məlumatlar  arasında 
kənarlaşmalar  müəyyən  edilərsə  qanunvericiliyə  uyğun  qaydada 
tədbirlər görülür. 
 
Vergi  yoxlamasının  mahiyyətini  xarakterizə  edən  əsas  elementlər 
aşağıdakılardır: 
-  vergi yoxlamasının məqsədi; 
-  vergi yoxlamasının subyekti; 
-  vergi yoxlamasının obyekti; 
-  vergi yoxlaması aparılmasının baza üsulu. 
Vergi  yoxlamasının  məqsədi  vergi  qanunvericiliyinə  əməl 
edilməsinə, vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edilməsidir. 
Vergi  yoxlamasının  subyekti  qüvvədə  olan  qanunverciliyə  əsasən 
vergi yoxlaması aparmaq hüququ olan bütün dövlət nəzarət orqanlarıdır. 
Deməli,  vergi  yoxlamasının  subyektləri  ilk  növbədə  vergi  və  gömrük 
orqanlarıdır. 
  Vergi yoxlamasının obyekti vergi ödəyicisinin maliyyə-təsərrüfat 
fəaliyyətidir,  daha  doğrusu,  onun  həyata  keçirdiyi  maliyyə-təsərrüfat 
əməliyyatlarının  məcmusudur.  Vergi  yoxlamasının  növündən  asılı 
olaraq,  konkret  hallarda  onun  obyekti  ya  vergi  ödəyicisinin  həyata 
keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının hamısının məcmusu, ya da 
bu məcmunun hər hansı bir hissəsi ola bilər. 
Vergi  yoxlaması  aparılmasının  əsas  baza  üsulu,  təqdim  olunmuş 
vergi  bəyannamələrində  əks  olunan  maliyyə-təsərrüfat  fəaliyyəti 
haqqında  ilk  sənədlərdə  əks  olunmuş  faktiki  məlumatlarla 
müqayisəsidir. 
Vergi  yoxlamaları  aparılma  yerinə,  yoxlanılan  məsələlərin 
həcminə,  təşkili  üsuluna  və  aparılma  üsuluna  görə  təsnifatlaşdırırlırlar. 
Bunu şəkildə olduğu kimi əks etdirmək olar. 
       
 
 
 
    
 
 
 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin