FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə82/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   78   79   80   81   82   83   84   85   ...   179
Vergilər Və Vergitutma

yoxlaması aktı tərtib edilir. Bu akt vergi orqanının səlahiyyətli şəxsləri 
və  yoxlanılan  vergi  ödəyicisinin  rəhbəri  tərəfindən  imzalanır.  Vergi 
ödəyicisi  yoxlama  aktında  öz  qeydlərini  qeyd  edə  bilər,  onu 
imzalamaqdan imtina edə bilər. Bu zaman akta müvafiq qeyd aparılır. 
Vergi  yoxlaması  aktında  yoxlama  zamanı  aşkar  edilmiş  və 
sənədlərlə təsdiq olunmuş vergi qanunvericiliyinin pozulması halları, 
KitabYurdu.az 
61


bu  pozuntulara  görə  məsuliyyət  nəzərdə  tutan  maddələr  və  yaxud 
vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir.  
Vergi  yoxlaması  aktının  forması  və  onun  tərtib  edilməsinə  dair 
tələblər  Vergilər  Nazirliyi  tərəfindən  müəyyən  edilir.  Aktın  bir  nüsxəsi 
aktın  tərtib  edildiyi  tarixdən  sonra  5  gündən  gec  olmayaraq  vergi 
ödəyicisinə verilir və ya göndərilir. 
Vergi  ödəyicisi  vergi  yoxlaması  aktı  ilə  və  ya  onun  hər  hansı  bir 
hissəsi ilə razılaşdırmadıqda, aktın verildiyi gündən 30 gün müddətində 
müvafiq  vergi  orqanına  aktı  imzalanmasının  səbəbləri  izah  edə,  yaxud 
akta  və  ya  onun  ayrı-ayrı  hissələrinə  öz  ehtirazını  yazılı  surətdə  bildirə 
bilər.  Bu  müddət  bitdikdən  sonra  15  gündən  çox  olmayan  müddətdə 
vergi  orqanının  rəhbəri  və  ya  onun  müavini  vergi  ödəyicisindən 
müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən 
təqdim  edilmiş  sənədlərə  və  vergi  yoxlaması  aktına,  vergi 
qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və 
müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxır. 
Vergi ödəyicisi tərəfindən yoxlama aktı üzrə yazılı islahatlar və ya 
etirazlar  təqdim  edildikdə,  yoxlamanın  materialları  vergi  ödəyicisinin 
vəzifəli şəxslərinin və ya onların nümayəndələrinin iştirakı ilə baxılır. 
Vergi  orqanı  vergi  yoxlamasının  materiallarına  baxılmasının  yeri 
və  vaxtı  haqqında  vergi  ödəyicisinə  əvvəlcədən  məlumat  verir.  Vergi 
ödəyicisi ona  əvvəlcədən  məlumat verməsinə baxmayaraq üzürlü səbəb 
olmadan  gəlməyibsə,  yoxlamanın  materiallarına,  vergi  ödəyicisinin 
təqdim  etdiyi  etirazlara,  izahatlara,  digər  sənəd  və  materiallara  onun 
iştirakı olmadan baxılır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin