Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 138
şübhəli şəxsin, caninin və s. sosial-psixoloji xarakteristikası, dindirmə, axtarış, həbsdən azad
olmuş şəxsin readaptasiyası kimi sosial-psixoloji problemlər diqqəti daha çox cəlb edir. Belə
bir nəticə çıxarmaq üçün tam əsas vardır ki, gələcəkdə hüquq sahəsində psixoloji xidmətin
inkişafı həmin problemlərin həlli ilə bilavasitə bağlı olacaqdır.
4. Xidmət sahəsinin tətbiqi sosial-psixoloji problemləri Xidmət sahəsi geniş anlayışdır: o, ticarət, ictimai iaşə, kommunal-məişət xidməti (satıcı,
kassir, fotoqraf, televizor ustası, dərzi, bərbər, ofisiant, mehmanxana növbətçisi və s.) kimi
olduqca müxtəlif sahələri əhatə edir. Çoxsaylı nəqliyyat müəssisələrində, səhiyyədə, mədəni-
maarif müəssisələrində və s.-də də xidmət işçilərinin böyük bir qrupu fəaliyyət göstərir.
Beləliklə də, xidmər sahəsində, iqtisadi, təşkilati və əmtəəşünaslıq problemləri ilə yanaşı
psixoloji amillər-insan amili xüsusi aktuallıq kəsb edir. “Mədəni xidmət” paradiqmasında
yeni meyarlar-psixoloji meyarlar mühüm yer tutur. Çox maraqlıdır ki, əksər hallarda, məsələn,
alıcının əhvalının formalaşmasında ərzağın keyfiyyətindən daha çox xidmətin psixoloji
səviyyəsi, satıcının alıcını xoş üzlə yola salması daha təsirli rol oynayır. “Teatr asılqandan başlayır” kəlamının psixoloji mənası da elə bundan ibarətdir.
Sosial psixologiyada xidmət sahəsinin psixologiyası məsələləri hələ XIX əsrin
sonlarından etibarən öyrənilməyə başlanılmışdır. 20-ci illərdə də bu sahədə maraqlı tədqiqatlar
aparılmışdır. Lakin sonralar uzun müddət bu məsələlər diqqəti cəlb etməmişdir. Hal-hazırda
xidmət sahəsi psixologiyasının, onun daxilində isə ticarət psixologiyasının və kommunal
psixologiyanın psixologiya elmində nisbətən müstəqil sahə kimi formalaşması prosesi gedir.
Ticarət psixologiyasının, xüsusilə, reklam psixologiyasının inkişaf tarixi nisbətən
“böyükdür”. Xidmət sahəsi psixologiyasında ilk tətbiqi tədqiqatlar da ticarət psixologiyası
istiqamətində aparılmışdır.
Ticarət sahəsində qrupdaxili təlqin ilə yanaşı, yoluxma, təşviş, şayiə kimi sosial-psixoloji
fenomenlər də müxtəlif formalarda meydana çıxır. Bunlardan hər biri əslində təbii-psixoloji
eksperiment kimi diqqəti cəlb edir. Onların öyrənilməsi təkcə ticarətin təşkili baxımından
maraqlı deyildir. Həmin sosial-psixoloji amillərə həm də geniş sosial-iqtisadi baxımdan
yanaşmaq lazımdır.
Ticarətin tətbiqi sosial-psixoloji problemləri müxtəlifdir. Bu cəhətdən, birinci növbədə,
ticarət işçiləri mühitində mikroiqlimin müəyyən edilməsinin və təkmilləşdirilməsinin
əhəmiyyətini qeyd etmək lazımdır. “Mağaza müdiri-satıcılar”, “satıcı-satıcı” tipli
münasibətlərin xarakterini ətraflı öyrənmək nəinki kollektivin psixoloji simasını öyrənmək,
həm də sosial-psixoloji profilaktika və məsləhət üçün tövsiyələr işləmək imkanı verir.