Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 140
çıxarkən müəllim və valideynlər üçün psixoloji məsləhətlərin təşkili və b. məsələlərin uğurlu
həllinə yaxından köməklik göstərir.
Sosial psixologiyanın başlıca problemlərinin: - ünsiyyət, kollektiv və şəxsiyyət problemlərinin yaş aspekti vardır. Sosial psixologiyanın pedaqoji problemləri isə
şəxsiyələrarası münasibətlər sahəsi ilə əlaqədardır. “Müəllim-müəllim”, “müəllim-şagird” və
“şagird-şagird” tipli münasibətlər sahəsi elə bir sosial-psixoloji amildir ki, ünsiyyətin
zənginləşməsi, kollektivin inkişafı və şəxsiyyətin formalaşmasının tətbiqi problemləri
bilavasitə onunla bağlıdır.
Bu istiqamətdə aparılan tətbiqi tədqiqatlar belə bir fundamental fakta istinad etməlidir ki,
qarşılıqlı münasibətlərin dəyişilməsi ünsiyyətin idarə olunmasını, birgə fəaliyyətin, ünsiyyətin
məqsədyönlü təşkili isə qarşılıqlı münasibətlərin idarə olunmasını şərtləndirir. Sinif
kollektivinin, uşağın mənsub olduğu qrupların, xüsusilə, referent qrupun sosial-psixoloji
xarakteristikası, ailədə və məktəbdə şəxsi qarşılıqlı münasibətlər sistemində şagirdin mövqeyi,
uşaq və yaşlıların (valideynlər, müəllimlər və s.) bir-birini qavraması, müəllim və valideynlərin
şagirdi anlama səviyyəsi, uşaq kollektivinə müəllimin münasibətinin xarakteri, “çətin” uşaqlar
və s. tətbiqi əhəmiyyətə malik olan elə sosial-psixoloji problemlədir ki, müəllimlər təlim və
tərbiyə prosesində onları həll etməkdə çətinlik çəkirlər. Şagirdlərin təlimdə geri qalmasını da
çox vaxt elə bu amillər şərtləndirir.