Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
II mərhələ - Bu mərhələ ekspermental xarakter daşıyır. Burada tədqiqatın konkret
metodikası reallaşdırılır. Yəni müxtəlif metodikaların tədbiqi və faktlar toplanır.
III mərhələ - Nəticələrin kəmiyyət və keyfiyyət baxımından emalı mərhələsi, yəni
tədqiqat materialı kəmiyyət baxımından təhlil olunur.
IV mərhələ - İnterpretasiya (şərh) mərhələsi adlanır. Burada nəticə konkretləşir.
Materialları psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə ehtibarı ilə fərziyyənin düzgünlüyü
və səhv olması aydınlaşdırılır və tədqiqatın nəticələri şərh olunur.