ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə124/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Dəηətdəməx`//Diηətdəməx`. Bu feil Azərbaycan dili şivələ-
rində (Ağcabədi, Qazax, Tovuz, Çənbərək) “diqqətlə baxmaq, gözünü 
zilləməк” mənalarını  ifadə  edir:  İçəri gəlsəηə, niyə çöldə diηətdi:rsən 
(Çənbərək) (7, 126, 135). 
Türk ədəbi dilində dеnеtlеmе sözü “yoxlamaq; təftiş еtməк” mə-
nasında işlənir: Dîvân- ı Beytülmal (Hazîne Bakanlığı), devletin gelir 
ve giderlerini denetleyerek dengede tutmaya çalışıyordu (Ahmet Ka-
baklı) (68, 665). 
Qədim türk dili abidələrində “diqqətlə baxmaq, müşahidə etmək” 
mənalarında deηemek, diηemek leksik vahidləri işlənib (103, 64).  
Diηməx`. Azərbaycan dilinin Gədəbəy, Qazax şivələrində “ara 
vermək, kəsmək” mənasında işlənir: Yel diηdi (Qazax);  Yağış diη-
disə, dura:η, tüşə:η yola (Gədəbəy) (7, 135).  
Dinmek leksik vahidi türk ədəbi dilində kəsilmək, durmaq, sona 
çatmaq, təsiri qalmamaq: Ağrı dindi, Yağmur dindi; susmaq: Dalga 
sesleri dindi; ”rahatlamaq, sakitləşmək” mənalarını ifadə edir (75, 
284): Yağmur dindi, hafif bir serinlik var, şuradan açık bir tramvaya 
bineriz (Halit Z. Uşaklıgil); Ben kaldım uzaklarda günün sesleri dindi 
(Yahya Kemal); Şimdi güzel bir pansuman yaparız, acıtmayız, ilâç ko-
yarız, ağrı diner (Peyami Safa) (68, 716); Dalgalar diniyor (136, 49). 
Qədim türk dili abidələrində diηmek leksik vahidi “sakit olmaq, 
susmaq” mənalarında işlənib (103, 68). 
 Dürmək. Bu söz Azərbaycan dilinin İmişli şivəsində “bağlamaq, 
düyünləmək” mənasında işlənir: Mı:y bırdan dür, açılmasun (7, 148). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin