Naxçıvan qrupu dialekt və şivələri”, 1967-ci ildə “Azərbaycan dilinin
qərb qrupu dialekt və şivələri” əsərləri yazılmış, 1964-cü ildə Azər-
baycan, EA nəşriyyatı tərəfindən bir cildlik “Azərbaycan dilinin dia-
lektoloji lüğəti” çap olunmuşdur. Lüğət 6300 sözü əhatə edir. Dialekt
və şivələrimizin öyrənilməsi sonrakı dövrdə davam etdirilmiş, 1991-
ci ildə Dilçilik İnstitutunun direktoru, prof. A.A. Axundov Türkiyə
Respublikası Türk Dil Qurumunun rəhbərliyi ilə danışıqlar apararaq,
dialektoloji lüğətin Türkiyədə Türk Dil Qurumu hesabına çap olun-
ması üçün razılıq əldə etmişdir. “Azərbaycan dialektoloji lüğəti”nin
1-ci cildi 1999, 2-ci cildi isə 2003-cü ildə Ankarada nəşr olunmuş-
dur. “Azərbaycan dialektoloji lüğəti” təkmilləşdirilmiş şəkildə 2007-
ci ildə nəşr olunmuşdur. Bu lüğət bu vaxta qədər çap olunmuş dia-
lektoloji lüğətlər içərisində mükəmməlliyi və söz ehtiyatının zəngin-
liyi ilə fərqlənir. Lüğətə S.Behbudov, Z.Xasıyev, K.Quliyeva, K.İmam-
quliyeva, G.Binnətova və Ş.Məmmədov tərəfindən 2500-ə qədər ye-
ni söz əlavə olunmuş, leksikoqrafik tədqiqat Zəngibasar, Şərur, Yar-
dımlı, Təbriz, Qubadlı, Laçın, Kəlbəcər, Balakən, Qax, Zaqatala və baş-
qa şivələrdən toplanmış yeni sözlər hesabına zənginləşdirilmişdir.
Dialektologiya dilçilikdə bu və ya digər bir dilin dialektlərini öy-
rənən bölmədir. Azərbaycan dili dialektlərinin tədqiqinə başlamaz-
dan əvvəl dilin dialekt üzvlənməsi məsələsini nəzərdən keçirək.
Azərbaycan dili dialektlərinin təsnifatını M. Şirəliyev tarixi-coğ-
rafi prinsipə əsaslanaraq vermişdir. Həmin təsnifatda dialektlər 4
qrup ətrafında cəmlənir: şərq qrupu, qərb qrupu, şimal qrupu və cə-
nub qrupu.
M. Şirəliyev dialektlərin şərq qrupuna Quba, Bakı, Şamaxı dia-
lektlərini, Muğan və Lənkəran şivələrini, qərb qrupuna Qazax, Qa-
rabağ, Gəncə dialektlərini və ayrım şivəsini, şimal qrupuna Şəki dia-
lektini və Zaqatala-Qax şivəsini, cənub qrupuna isə Naxçıvan, Ordu-
bad, Təbriz dialektlərini və Yerervan şivəsini daxil edir, səciyyəvi
fonetik, qrammatik və leksik xüsusiyyətləri göstərir (58, 16-21).
Azərbaycan dilçiliyində geniş yayılmış bu təsnifatın nöqsanlı
cəhətləri də var. Bu nöqsanları vaxtilə bəzi alimlər (M.Hüseynzadə,
İ. Abdullayev, A.Hüseynov və b.) görmüş və tənqid etmişlər. Lakin
bütün bunlara baxmayaraq, son illərə qədər Azərbaycan dilinin dia-