Dərslik İşə başlamaq üçün Start menyusunun Programs hissəsindən Microsoft Excel sətrini



Yüklə 407,61 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix02.01.2022
ölçüsü407,61 Kb.
#46654
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
exsell-proqrami

Dərs 5. Sadə düsturlar.  -  

---

 

Düzgün yazılmış rəqəmlər ilə Excel müxtəlif əməliyyatlar (hesablamalar) apara bilər. 

Məsələn, yaratdığımz cədvəldə əmək haqqından 1 % tutulması lazımdı ( məs. sığorta 

üçün ). 


«Əmək haqqı» sütunundan sonra «Sığorta» adlı başlıq əlavə edin. Başlığın altında 

mausun düyməsini bir dəfə basın. Düstur yazılışın birinci qaydası düsturun «=» 

işarəsindən başlanmasıdı. Həmin işarəni daxil edin. Sonra əmək haqqının ünvanını yəni 

S3 daxil edin və ya həmin ünvanın üzərində mausun düyməsini bir dəfə basın. Sonra 

vurma işarəsini –«*»- daxil edin və 1% (%- Shift+5) əlavə etdikdən sonra Enter 

düyməsini basın. Siz dərhal hesablamanın nəticəsini görəcəksininz. Düsturun özünü 

görmək və ya dəyişmək üçün həmin ünvanı seçin və Formula Bar’a nəzər yetirin; və ya 

mausun düyməsini iki dəfə basın. 

 

Düsturu birinci sətir üçün yaratdıqdan sonra onu ardıcıl köçürmə üsulu ilə başqa sətirlərə 



keçirmək olar. Bunu etdikdə düsturlar müvafiq olaraq dəyişir, yəni məs. D3 sətrindəki 

düstur «=S3*1%» olarsa, D5 sətrindəki düstur «=S5*1%» olar. 

Sədə əməliyyatları Excel də aşağıdakı işarələr əvəz edir. 

Əməliyyat 

Riyaziyyatda 

Excel’də 

Vurma 





Toplama 



Bölmə 



Çıxma 



Qüvvəyə yüksəltmə 

3

2



 

Sadə funksiyalar 




Əməliyyatla bərabər Excel funksiyalardan da istifadə edir. Məs., bir böyük diapazonda 

olan rəqəmləri toplamaq üçün «+» üsülu çox vaxt aparır və bu məqsədlə SUM funksiyası 

istifadə olunur. Məs., bizim cədvəldə olan bütün əmək haqqların cəmini tapmaq üçün 

əmək haqqı cədvəlinin axırıncı sətrindən sonra yəni S14 ünvanında belə bir düstur daxil 

edin «=SUM(C3:C13)» və Enter düyməsini basın. Düstur funksiyanın adından və 

diapazon ünvanından ibarətdir. Diapazon bir neçə ünvan və ünvanlar qrupundan ibarət 

ola bilər. Məs., gördüyünüz cədvəldə daxil olunmuş rəqəmlərin cəmini verilən düstur ilə 

tapmaq olar. 




Yüklə 407,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin