Qaydaları və konfidensiallıq siyasəti "Expressbank" asc-nin bundan sonra "



Yüklə 53,62 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü53,62 Kb.
#46688
növüQaydalar
İstifadə qaydaları və konfidensiallıq siyasəti



İstifadə qaydaları və konfidensiallıq siyasəti 

“Expressbank”  ASC-nin  (bundan  sonra  “Bank”)  internet  səhifəsindən  (bundan  sonra 

“internet  səhifəsi”)  istifadə  qaydaları  və  konfidensiallıq  siyasəti  Azərbaycan  Respublikasının 

qüvvədə  olan  qanunvericiliyinin  tələblərinə  riayət  etməklə  Sizin  Bankın  xidmətlərindən 

yararlanmaq üçün təqdim etdiyiniz məlumatların toplanması və mühafizə olunması şərtləri ilə 

tanış  olmağınız  məqsədi  ilə  tərtib  olunmuşdur.  Bankın  internet  səhifəsindən  istifadə  etməklə 

müştəri bu İstifadə qaydaları və Bankın konfidensiallıq siyasətini qəbul etməyə razılıq verir.  

İnternet səhifəsindən istifadə etmək üçün hər hansı şəxsi məlumatların təqdim edilməsi 

Azərbaycan  Respublikasının  qanunvericiliyinin  tələblərinə  müvafiq  olaraq  könüllülük  prinsipinə 

əsasən həyata keçirilir. Müştəri daxil etdiyi fərdi məlumatların düzgünlüyünü, Bank isə internet 

səhifəsinə daxil olaraq onlayn müraciət edən və Şəxsi kabinet yaradaraq qeydiyyatdan keçən 

müştərilərin  daxil  etdikləri  fərdi  məlumatların  qorunmasını  təmin  edir.  “Fərdi  məlumatların 

qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbinə əsasən 

müştəriyə  aid  fərdi  məlumatlar  onun  tərəfindən  internet  səhifəsinə  daxil  olunduğu  andan 

mühafizə olunur. Bundan əlavə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-

ci  maddəsi  və  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  967-ci  maddəsinə  əsasən  Bank 

müştəri haqqında əldə etdiyi məlumatların sirrinə təminat verir.  

Müştəri  tərəfindən  təqdim  olunan  məlumatlar  qanunla  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla heç bir halda üçüncü şəxslərə ötürülə bilməz.  Belə ki, “Banklar haqqında” Azərbaycan 

Respublikasının  Qanununun  41.2.-ci  bəndinin  tələbinə  müvafiq  olaraq  müştərilərin  internet 

səhifəsində qeydiyyatdan keçdikləri anda daxil etdikləri fərdi məlumatlar yalnız özlərinə və onların 

nümayəndələrinə,  həmçinin  kənar  auditorlara,  maliyyə  monitorinqi  orqanına  və  maliyyə 

bazarlarına nəzarət orqanına verilə bilər. Bu cür məlumatlar dövlət orqanlarına və onların vəzifəli 

şəxslərinə  yalnız  cinayət  işinin  istintaqı,  müştərinin  pul  vəsaitinə  və  bankın  saxlancında  olan 

əmlakına  həbs  qoyulması,  tələb  yönəldilməsi  və  bunların  müsadirə  edilməsi  ilə  əlaqədar 

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. 

Bank  hazırkı  İstifadə  qaydalarına  dəyişikliklər  etmək  hüququnu  özündə  saxlayır.  Edilən 

dəyişikliklərdən xəbərdar olmaq üçün bu internet səhifəni izləməyiniz tövsiyə olunur.  



  

Yüklə 53,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin