Fitonimik oronimlər. Yer kürəsinin bitki örtüyünün əksər tiplərinə
(növlərinə) respublikamızda təsadüf olunur. Burada ovalıqlardan başlamış
yüksək dağ zirvələrinə qədər müxtəlif bitki qurşaqları bir-birini əvəz edir.
Ərazimizdə olan müxtəlif bitki növlərinin əksəriyyəti Azərbaycan
oronimiyasında öz əksini tapmışdır. Onları müxtəlif qruplara bölmək olar:
Ağac növləri əsasında yaranan oronimlər: Ardıcblı dağ, Söyüdlü quzey
(Qubadlı, Kəlbəcər, Gədəbəy rayonları). Meyvə ağacı növlərini bildirən
sözlərdən düzələn oronimlər: Almalı dağ (Şəki rayonu) və s. Taxıl, ot, bitki
adlarından düzələn oronimlər: Arpa dərəsi (Ağdam rayonu) və s.
Dostları ilə paylaş: |