Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   2   3   4   5   6   7   8   9   ...   25
2. Dərs. Toponimika

(N.Q)

 

 

NAİLƏ YUSİF QIZI YUSİFOVA

 

 



Azərbaycan  xalqının  əsasını  türk  qəbilə  və  tayfaları  təşkil  etdiyi  üçün  dil  və 

etnik  cəhətdən  qohum  olan  bu  komponentlərin  birləşməsindən  vahid 

Azərbaycan  xalqı  və  ümumxalq  Azərbaycan  dili  yaranmışdır.  Azərbaycan 

ərazisində digər qəbilə 

və tayfalar üçün bu dil ümumünsiyyət vasitəsi olmuşdur. Məhz buna görə 

də Azərbaycan ərazisində türk qəbilələri ilə yanaşı mövcud olmuş irandilli 




və qafqazdilli qəbilələr indiyədək də ana dillərini mühafizə edib 

saxlamışlar. Bu ərazidə qeydə alınmış toponimik adlar Azərbaycan dilinin 

daha qədimlərdən mövcud olduğunu sübut edir. Xüsusi adların izahına ilk 

dəfə türkologiyada M.Kaşğarlının «Divanu-luğət it-türk» əsərində rast 

gəlinir. 

«Kitabi-Dədə Qorqud» dastanları Azərbaycanın bir sıra qədim yer 

adlarını özündə hifz etməsi baxımından çox əhəmiyyətlidir. Burada adı 

çəkilən Ağca qala, Bayat, Bərdə, Qara dağ, Sancudan, Sürməli, Çeşmə və 

s. Azərbaycan ərazisində olan qədim yer adlarıdır. XIII əsrin əvvələrindən 

başlayaraq Azərbaycan monqolların hücumuna məruz qalır, az sonra 

monqollar tərəfindən zəbt edilir. Monqol yürüşlərində şəxsən iştirak etmiş 

XIII əsrin məşhur tarixçisi F.Rəşidəddin «Cami-ət-təvarix» əsərində Qarabağ, 



Piləsuvar, Arasbar, Astara, Xillə və s. toponim və paleotoponimlər 

ilk dəfə olaraq qeydə alınmışdır. XV əsr Azərbaycan şairi Bədr 

Şirvaninin əsərlərində Salyan, Zərdab, Bərgüşad, Talıstan, Ucar, Qocalançay, 

Türyançay və s. paleotoponimlər tez-tez xatırlanır. A.Bakıxanov 

«Gülüstani-İrəm» əsərində yer və tayfa adlarını tarixi baxımdan təhlil 

etmiş, 1843-cü ildə yazdığı «Adlar və titullar» əsərində şəxs adları və 

titullar haqqında məlumat vermişdir. Azərbaycanda şəxs adlarının ilk elmi 

izahı A. Bakıxanovun adı ilə bağlıdır. 1920-ci ildə M. Baharlının (Vəliyev) 

çapdan çıxmış «Azərbaycan» adlı kitabında Azərbaycanda olan etnonimlər 

və etnotoponimlərdən bəhs edilir. 

Postsovet məkanında və o cümlədən Azərbaycanda XX əsrin ikinci 

yarısından başlayaraq onomastikanın müxtəlif sahələri inkişaf etməyə 

başlamışdır. XX əsrin 50-60-cı illərindən sonra Azərbaycanda toponimika 

müstəqil bir elmə çevrilmişdir. Bu sahənin araşdırıcıları coğrafiya, tarix və 

dilçilik elmləri mütəxəssisləridir. Azərbaycanda toponimika sahəsində 

R.Yüzbaşov, E.Q.Mehrəliyev, N.Nəbiyev, N.S.Bəndəliyev, B.Ə.Budaqov, 



Ə.Hüseynzadə, K.Əliyev, Y.Yusifov, Q.Qeybullayev, Ə.Dəmirçizadə, 

Ə.Əliyev, S.M.Mollazadə, A.Axundov, L.Quliyeva, T.Əhmədov, 

Q.Məşədiyev, 

Y.Yusifov, S.K.Kərimov, Z.Xasiyev, İ.Bayramov, A.Qurbanov və 

b-nın xidmətləri xüsusi qeyd edilməlidir. 

Azərbaycan paleotoponimiyasının tədqiqində udin dilinin və Azərbaycan 

dilinin qədim tarixinin tədqiqatçısı V.Qukasyanın məqalələrinin də 

əhəmiyyəti az deyildir. Bu məqalələrdə Türgen (Türyançay), Türküstan 

(Xəzəriyyə), Qoşqar, Qarayazı, Şonqar və b. paleotoponimlərin mənşəyi 

barədə ətraflı məlumat verilir, onların Azərbaycan dilini qədim toponimik 

təbəqəsinə məxsus olduğu göstərilir. 

Azərbaycan paleotoponomiyasının tədqiqi üçün böyük elmi əhəmiyyəti 

olan monoqrafik tədqiqatlardan biri Ç.H.Mirzəzadənin «Azərbaycan 

toponimləri orta əsr ərəb mənbələrində» adlı namizədlik dissertasiyasında 

Azərbaycan, Kür, Şəki, Şamaxı, Xəzər dənizinin bəzi qədim adları tədqiq 

olunur. 


Bizim eranın əvvəllərindəki Azərbaycanın bəzi paleotoponimləri 

məşhur alman alimləri tarixçi-filoloq İ.Markvart və dilçi-iranist H.Hübşmanın 

da tədqiqat obyekti olmuşdur. Belə ki, onlardan birincisi VII əsrə aid 

«Ermənistan coğrafiyası» əsərində qeydə alınmış Azərbaycanın qədim 

paleotoponimləri Bərdə, Gəncə, Muğam, Xalxal, Agqun, Tərtər və s. haqqında 

geniş məlumat vermiş, bu mənbəyə əsaslanmaqla Qafqaz Albaniyasının bir çox 

qədim toponim və paleotoponimlərini lokalizə etmişdir. 

Azərbaycan paleotoponimlərinin öyrənilməsində Z.M.Bünyadovun 




tədqiqatları xüsusi əhəmiyyət kəsb edir. O, istər özünün tədqiqatlarında, 

istərsə də tərcümə etdiyi ərəb və başqa yazılı mənbələrə daxil etdiyi çoxlu 

qeyd və əlavələrində həmin mənbələrdə adları çəkilən bir çox toponimlərin 

lokalizəsinə xüsusi diqqət yetirmiş, Şəki, MingəçevirBəzz və s. 

paleotoponimlərə isə ayrıca məqalələr həsr etmişdir. 

Azərbaycan tarixinin antik dövr tədqiqatçısı Y.B.Yusifovu da 

paleotoponimlər daha çox maraqlandırmışdır. O, ilk məqaləsində Albaniya 

və Aran toponimlərinin öyrənilməsinə, digərlərində isə mənbələrdə qeydə 

alınmış paleotoponimlərin Azərbaycan tarixinin və dilinin öyrənilməsində 

rolu və əhəmiyyətinə toxunmuşdur. 

Azərbaycan toponimikası erkən orta əsr Zaqafqaziya mənbələrində 

öz əksini daha geniş şəkildə tapır. Məsələn, V əsrdə erməni tarixçiləri Faost 

Buzand, Yeğişe, Parplı Yazar, Movses Xorenatsi və başqaları Şəki, Qaspi, 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin