Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   2   3   4   5   6   7   8   9   ...   25
2. Dərs. Toponimika

Xalxal, Naxçıvan, Təbriz, Qəbələ, Balakən və digər toponimlərin adlarını 

çəkmiş, bu yaşayış məskənləri barədə əhəmiyyətli məlumatlar vermişlər. 

VII əsrə aid “Ermənistan coğrafiyası” nda Azərbaycanın bütün 

vilayətlərinin, şəhərlərinin, dağlarının, çay və göllərinin, həmçinin qəbilə 

və tayfalarının adları verilmişdir. Bu cəhətdən VII əsrin sonlarında yazılmış 

«Alban tarixi» xüsusi maraq doğurur. Çünki bu əsərdə Azərbaycan 

toponimikası 

ilə yanaşı antroponimikası da öz əksini tapır. Albaniyanın minillik 

tarixinin ensiklopediyası olan bu kitabda hələ V əsrdə Azərbaycanda Qazan 

xanın, onun sirdaşı Qaun, VII əsrdə Avçi tarxanın, Çolpan (Venera) 

tarxanın, Alp Çetəpərin, Qonaqın, İl Yeçinin və başqalarının yaşadıqları 



qeyd edilir. Türküstan toponiminə də ilk dəfə «Alban tarixi»ndə təsadüf 

edilir. Bu əsərdə ilk dəfə olaraq Şabran, Şirvan, Gəncə, Bakı, Muğan, Musa 



qayası, Beyləqan və bu kimi toponimlər qeyd olunmuşdur. Bütövlükdə isə 

Azərbaycan paleotoponimiyası XIII əsr coğrafiyaşünası Yakut əl- 

Həməvinin «Ölkə adlarının əlifba sırası» əsərində toplanmışdır. Bu əsəri 

Azərbaycan toponimlərinin ilk izahlı lüğəti də hesab etmək olar. 

M.H.Baharlı (Vəliyev) də öz əsərlərində Azərbaycan etnotoponimlərinin 

mənşəyinə xüsusi diqqət yetirir. Məhz onun əsərlərindən məlum 

olur ki, paleotoponimlərimizin, xüsusilə də paleooykonimlərimizin müəyyən 

hissəsinin əsasında türkmənşəli qəbilə, tayfa, tirə və nəsil adları durur. 

Bu ilk dəfə M.H.Baharlının tədqiq etdiyi Ayrım, Bəydili, Baharlı, Bayandurlu, 

Boyat və digər etnonimlər və etnotoponimlər buna misal ola bilər. 

Qafqaz Albaniyasının qədim dövr tarixinin öyrənilməsi ilə məşğul 

olan K.Q.Əliyevin də bu mövzu ilə bağlı əsərləri vardır. Müəllif 

paleotoponimlərə 

əsaslanaraq türk tayfalarının bu ərazidə nəinki ilk orta əsrlərdən, 

hətta antik dövrdən mövcud olduğunu göstərir. Ə.Hüseynzadə Azərbaycan 

paleotoponimlərini – Bakı, Quba, Biləcəri, Quşçu, Abşeron, Sumqayıt və s., 

eləcə də oğuzlaraqədərki etnonim və etnotoponimləri tədqiq etmişdir.8 

Azərbaycan paleotoponimlərinin öyrənilməsində Q.Ə.Qeybullayevin 

də əməyi çox böyükdür. Tədqiqatçı bu toponimləri müəyyən təbəqələr üzrə 

(türk, Azərbaycan, Qafqaz, İran, monqol, ərəb və s.) tədqiq etmiş, onların 

əksəriyyətinin etimoloji təhlilini verməyə çalışmışdır. 

Azərbaycan ərazisindəki toponimlər dil mənsubiyyətinə görə də 



tədqiq olunur. Bu baxımdan L.H.Quliyevanın əsəri özünün tədqiqat 

metodları və elmi səviyyəsinə görə fərqlənən qiymətli araşdırmalardandır.  

    Azərbaycan toponimlər sistemi yaranma tarixinə 

görə, ən qədim, qədim, yeni və ən yeni toponimləri özündə birləşdirir. 

Onların mənşəcə çox az bir qismini yad dil toponimləri təşkil etməsinə 

baxmayaraq, əksəriyyəti bu ərazinin ən qədim sakinləri olan türk etnosuna 

məxsus dil materialları qrammatik forma və modellər əsasında yaranmışdır 

və türk dillərinin ən qədim dil vahidlərini daha qabarıq şəkildə və bir növ 

daşlaşmış formada zəmanəmizə qədər mühafizə etmiş onomastik vahidlərdən 

ibarətdir. Həm də bunlar Azərbaycan ərazisini bütünlüklə əhatə edir. 

Xalqımızın qədim səlnaməsinin səhifələri olan adlarda təşəkkültapma 

tariximiz, dilimizin formalaşması və inkişafı, ulu babalarımızın keçdiyi yol, 

eləcə də bu ərazidə məskunlaşmış bir sıra başqa tayfa və etnik qruplar, 

onların müxtəlif dil qruplarına mənsub qəbilə, tayfa və xalqlarla tarixi əlaqələri 

və s. öz əksini tapmışdır. Belə onomastik vahidlər etnik prosesləri 

özündə daha qabarıq və daha dəqiq əks etdirən və xalqımızın formalaşmasında 

iştirak etmiş bir sıra tayfaların, xüsusilə türkdilli tayfaların və tayfa 

birləşmələrinin adlarının indiyə qədər qoruyub saxlayan ən etibarlı 

mənbələrdəndir. 

Məhz buna görə Y.B.Yusifov göstərir ki, toponimik adlar Azərbaycan 

xalqının əmələ gəlməsi probleminin həllinə kömək edən mühüm 

köməkçi tarixi mənbədir. Əsasən yerli coğrafi şəraitin müxtəlif çalarlarını 

əks etdirən rəngarəng coğrafi adlar bir dövrün deyil, müxtəlif əsrlər və 

minillərin məhsuludur. Onların yaranma və formalaşmasında yerli və gəlmə 




qədim türk xalqları və tayfaları, o cümlədən, hunlar, suvarlar, xəzərlər, 

bulqarlar, qıpçaqlar, kumanlər, oğuz-səlcuqlar və s. eləcə də qanlı, türkeş, 

tele, qazan, qapan, onların törəmələri və s. iştirak etdiyindən toponimlərdə 

qədim türk qəbilə və tayfa dillərinə və eləcə də sonrakı dövrlərdə bu dil və 

dialektlər əsasında formalaşmış Azərbaycan dilinin müxtəlif inkişaf 

mərhələlərinə 

aid çoxlu dil vahidlərinə təsadüf olunmaqdadır. Həmin elementlərin 

bir qismi dilimizin yazıyaqədərki dövrünə aiddir. Onlar nə dilimizin qədim 

yazılı mənbələrində, nə də dialekt və şivələrimizdə müşahidə olunur. 

Toponimlərdə özünü göstərən qədim elementlərin digər hissəsini müasir 

Azərbaycan dili baxımından arxaik sayılan, lakin yazılı mənbələrimizdə, 

dialekt və şivələrimizdə işlənən və ya ara-sıra təsadüf olunan ünsürlər təşkil 

edir. Bu baxımdan Azərbaycan toponim və paleotoponimlərinin yaranma 

və formalaşmasında müşahidə olunan qədim türk (Azərbaycan) elementlərini 

tarixi-xronoloji cəhətdən şərti olaraq aşağıdakı şəkildə qruplaşdırmaq 

olar:  


1. Azərbaycan dilinin yazıyaqədərki dövr elementləri;  

2. Azərbaycan dilinin yazılı dövr elementləri. 

Azərbaycan dilinin bu dövrünü əks etdirən tarixi fonetika, leksikologiya 

və qrammatikası hələ yazılmamışdır. Burada isə coğrafi adlarda indiyə 

qədər mühafizə olunmuş qədim dövr elementlərinin üzə çıxarılmasında qədim 

türk abidələrindən, qohum türk dillərinin materiallarından, adı çəkilən 

dillərin bir sıra spesifik xüsusiyyətlərinin araşdırılmasına həsr edilmiş 

tədqiqatlardan istifadə olunmuşdur. Tədqiqat göstərir ki, müasir Azərbaycan 




toponimlər sistemində müşahidə olunan paleotoponimlərdə bu əraziyə 

yürüşləri 

və məskunlaşmaları qeyd edilən qədim türk qəbilə və tayfa dillərinin 

(dialektlərinin) müxtəlif yaruslarına aid elementlərə təsadüf olunmaqdadır. 



 Paleotoponimlərin, xüsusilə paleo- və mezooykonimlərin əksəriyyəti 

etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən qəbilə və tayfa 

adları ilə bağlı yaranmışdır. Belə ki, mənbələrdə ilk orta əsrlərdə Albaniya 

ərazisində etnik cəhətdən və dil baxımından bir-birindən seçilən alban, 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin