tərtər, xəzər, bulqar, quşçu və s. tayfa adlarının indiyə qədər Alban, Tərtərçay,
Xəzər, Bolqarçay və s. toponimlərdə müşahidə olunması həmin qanunauyğun
prosesin təzahürüdür. Toponimlərin meydana gəlməsində antroponimlər
də mühüm rol oynamışdır. Xüsusi mülkiyyətin hakim olduğu dövrlərin
toponimiyada qalıqları kimi mühafizə olunan belə adlar bir neçə
coğrafi nomenli makrotopoimlərin və çoxlu mikrotoponimlərin birinci
tərəfləri yerində işlənməklə yanaşı, həm də bəzən, hətta müstəqil şəkildə
coğrafi nomensiz oykonimlər kimi də işlənirlər. Əliqulu, Əlyar, Ibadulla,
Nağdalı və s. oykonimlər buna misal ola bilər. Azərbaycan toponimlər
sistemində sadə paleo- və mezooykonimlərin əksəriyyətini yaşayış
məntəqəsinin
tipini, yerini, coğrafi relyef formalarını və su obyektlərinin adlarını
bildirən qədim türk (paleoazərbaycan) mənşəli yerli coğrafi terminlər təşkil
edir. Bura ilk növbədə Bum, Bük, Car/yar, Tuğay və s. toponimləşən
coğrafi terminlər daxildir. Həmin toponimlərin qədim türk (Azərbaycan)
dilinə məxsus sözlərlə ifadə olunmasını ümumtürk abidələri və qohum
dillərin materialları da təsdiq edir. T.Əhmədov sadə, elliptik coğrafi nomensiz
oykonimləri aşağıdakı kimi qruplaşdırır:
1. Etnonimlərdən törənən
oykonimlər;
2. Antroponimlərdən törənən oykonimlər;
3. Oronim və
adonimlərdən törənən oykonimlər;
4. Hidronimlərdən törənən oykonimlər;
5. Fitonim və zoonimlərdən törənən oykonimlər;
6. Memorial xarakterli
oykonimlər;
7. Digər adlardan törənən oykonimlər».
Ayrı-ayrı qruplara daxil olan oykonimlər müxtəlif quruluşlu ümumi
və xüsusi adların köməyi ilə düzələcək ikinci komponentlərinin düşməsi
nəticəsində meydana çıxan vahid formada – sadə, coğrafi nomensiz variantda
da işlənə bilərlər. Bu baxımdan, həmin adları müxtəlif şəkildə öyrənmək
mümkündür. Toponimlər yaranma və formalaşma yollarına görə başqa
leksik vahidlər kimi dildə mövcud olan sözdüzəltmə modellərinə əsaslanır.
Toponimlərin yaranması və inkişafı, onların müxtəlif tədqiqatçılar tərəfindən
təsnifi barədə elmi ədəbiyyatda müəyyən fikir və mülahizələr də
söylənilmişdir.
Biz paleooykonimlərin təhlili zamanı A.Qurbanovun, S.Mollazadənin
və Q.Məşədiyevin bölgüsünə əsaslanmışıq və tədqiqat boyu da bu
prinsipi gözləmişik:
1. Sadə – leksik yolla yaranan toponimlər;
2. Düzəltmə– morfoloji üsulla yaranan toponimlər;
3. Sintaktik – mürəkkəb yollayaranan toponimlər.
Toponimlər müxtəlif sözlər, söz birləşmələri və bəzən də cümlələrlə
ifadə olunur, yəni bütöv bir cümlə formasında müəyyənləşir. Azərbaycan
toponimlər sistemində dildə işlənən leksem və morfemlərin köməyi ilə
düzələn sadə və düzəltmə oykonimlərə təsadüf olunur. Belə ki, ilk baxışda
sadə və düzəltmə oykonim kimi görünən terminlərin (kənd, oba, şəhər və s.
adlarının) böyük qismi bir neçə sözün birləşməsi köməyi ilə yaranmış
mürəkkəb quruluşlu adlardır. Coğrafi adlar quruluşuna və yaranma
yollarına görə nomenklator sözlərlə (nomenlərlə) daha çox bağlıdır. Söz
yaradıcılığı məsələsini də yaddan çıxarmaq olmaz. Çünki morfoloji yolla
daha çox ad yaratmaq mümkündür. Burada həm xüsusi adlar, həm də
ümumi sözlər nəzərə alınmalıdır.
“Azərbaycan paleooykonimlərinin leksik-semantik və qrammatik
Dostları ilə paylaş: |