xüsusiyyətləri”.
Azərbaycan paleotoponimiyasının, xüsusilə də paleooykonimlərin araşdırılması
aydın şəkildə göstərir ki, etnonimlərin müxtəlif struktur tiplərinin
oykonimləşməsi
geniş yayılmışdır:
Etnonimlərdən (qəbilə, tayfa, nəsil, tirə, etnik qrup, xalq və millət
adlarından) törənən oykonimlər (etnooykonimlər). Azərbaycanın tarixi və
müasir oykonimlərinin əks olunduğu mənbələr yaranma tarixinə, məzmununa
və xarakterinə görə çox müxtəlifdir. Etnooykonimlərin formalaşmasında
iştirak etmiş etnonimlərin müəyyən hissəsini yalnız müasir Azərbaycan
dili və onun dialekt və şivələri baxımından sadə etnonim adlandırmaq
olar. Əslində isə onların etimoloji təhlilləri zamanı bir çoxunun vaxtilə
morfoloji və sintaktik üsulla yaranmaları aydınlaşır. Məsələn, bir sıra
oykonimlərdə (eləcə də oronim və hidronimlərdə) əks olunmuş qaraman
etnonimi
tarixən iki müstəqil söz qara «güclü, qüvvətli, qoçaq, cəsur, igid» və
man «adam, insan»19 leksemləri əsasında formalaşmışdır.
Tərkibində qədim türk dillərində «cəmlik, mənsubluq, aidlik» mənası
ifadə edən -ğıt, -ğut, -at, -t şəkilçisi olan bayat, tanğıt, alpout və s.
etnonimlərini
də bu yolla izah etmək olar. Azərbaycan oykonimləri içərisində xəzər,
bulqar, avar, abar, salar, əfşar, qacar, kəngər və s. –ar, -ər, -ır, -ir, -ur, -or
komponentli etnonimlər də diqqəti cəlb edir. Oykonimlərin formalaşmasında
iştirak edən və oykonim kimi sabitləşən düzəltmə quruluşlu etnotoponimlərin
sayı sadə və mürəkkəb yolla düzələn etnotoponimlərdən daha
çoxdur. Bu qəbildən olan Azərbaycan etnotoponimlərini nəzərdən keçirdikdə
məlum olur ki, dilin söz yaradıcılığında olduğu kimi, etnotoponim
yaradıcılığında da morfoloji üsul aparıcı rol oynayır. Lakin etnotoponim
yaradıcılığında iştirak edən şəkilçilər ümumişlək sözlərin yaradılmasında
iştirak edən şəkilçilərdən funksiyalarına, yaratdıqları semantik çalarlarına
görə müəyyən qədər fərqlənir. Belə ki, etnotoponim yaradıcılığında istifadə
olunan şəkilçilərin funksiyaları Azərbaycan dilindəki uyğun şəkilçilərin
funksiyalarından kifayət qədər məhduddur. Məsələn, -lı şəkilçisi ədəbi
dilimizdə müxtəlif semantik qruplara aid düzəltmə sözlər yarada bildiyi
halda, etnonimiyada bunun çox az qismini yerinə yetirə bilir.
Bu qrupa daxil olan, dilin tarixi inkişafı nəticəsində oykonimləşən
etnonimlərin səciyyəvi cəhətlərindən biri də budur ki, onların bir qismi
müxtəlif adlara bu və ya digər sözdüzəldici şəkilçinin əlavə edilməsi ilə
yaradıldığı halda, bir çoxları əvvəlcədən mövcud olmuş etnonimik adlara
müəyyən morfemlərin artırılması ilə həmin tayfa, tirə, nəsil və sairəyə
məxsus konkret qrup, dəstə mənsubluğunu bildirən yeni etnonimlər əmələ
gətirir. Bu baxımdan oykonimləri – oykonimləşən düzəltmə quruluşlu
etnonimləri yaranma yollarına görə müxtəlif qruplara ayırmaq olar:
Qədim tarixə malik olan etnonimlərdən düzələn oykonimlər. Belə
etnonimlərin böyük bir hissəsini «konkret qrupa, dəstəyə, zümrəyə mənsubluq,
aidlik» məna çalarları ifadə edən –lı4 şəkilçiləri ilə düzələnlər təşkil
edir. Müq. et: Kəngərli, Qayalı, Kəbirli və s.
Etnonimlər əsasında –lar2 və -an2 şəkilçiləri ilə düzələn və oykonimlərdə
əks olunan etnotoponimlər. Həmin şəkilçilər əvvəlcədən mövcud olan
bir sıra tayfa, nəsil və s. adlarına qoşularaq konkret qrupun həmin zümrəyə
mənsubiyyətini ifadə edən yeni etnotoponimlər yaradır: Türklər, Muğan və s.
Midiya dövründə indiki Azərbaycan ərazisi müxtəlif vilayətlərə
bölünmüşdür.
Bu xalqların müəyyən hissəsini türk qəbilə və tayfaları təşkil etmiş
və qeyri-türk xalqları həmin nəsli maq, muq «vasitə» adı ilə adlandırmışdır.
Bu tayfalardan biri Mağan-Muğan adı ilə tarixi mənbələrdə qeydə
alınmışdır. Alban sözünü də bu qrupa daxil etmək olar. Qədim tarixi
mənbələrdə
Midiya dövrünə aid üç sözə rast gəlirik ki, bu sözlər dəyişikliyə
uğramadan bu gün də işlədilir. Bunlar Muğan, alban və udin sözləridir.
Poladlı, Tapan, Çərtəyəz, Boladi, Altıağac, Börk, Qullar, Kolayır, Kolanı,
Kolagirən, Kığı, Qaraçuğ// Qaraçuq, Qəmərli, Qərqər, Dəmirçi, Kəngərli,
Naftalan kimi onomastik vahidlərin etimoloji tədqiqini vermişik. Azərbaycan
toponimlər sistemi qədim türk (Azərbaycan) paleotoponimləri və həmin
adlarda mühafizə olunmuş Azərbaycan dilinin qədim dövr fonetik, leksik və
leksik-semantik elementləri ilə zəngindir. Göstərilən xarakterli faktların üzə
çıxarılması bir daha təsdiq edir ki, bu regionda türk mənşəli toponimlər daha
qədimdir, toponimik
sistemdə müasir Azərbaycan dili və onun dialekt və şivələri baxımından
yad görünən, mənşəyi və mənası, ifadə etdiyi semantik çalarları aydın
olmayan bir sıra topokomponentlər təsadüfi deyil, Azərbaycan dilinin və
eləcə də bu dilin formalaşmasında mühüm rol oynamış türk tayfa və tayfa
birləşmələri dillərinin (dialektlərinin) qədim elementləri, tarixən işlənmiş
vahidləridir. Faktlar sübut edir ki, türk etnosu bu torpağın əsas və ən qədim
sakinlərindən olub, həmin dövrlərdən böyük bir ərazidə məskunlaşmışlar.
Azərbaycan paleotoponimiyası qədim türk leksik-semantik elementləri
ilə zəngindir. Belə leksik vahidlərin müxtəlif növ obyekt adlarının
tərkibində mühafizə etdikləri arxaik məna çalarlarını isə həm qədim türk
abidələri və qohum türk dilləri materialları əsasında, həm də coğrafi
obyektin özünün bilavasitə müəyyən səciyyəvi cəhətlərini nəzərə almaqla
müəyyənləşdirmək, bərpa etmək mümkündür. Faktlar göstərir ki, həmin
vahidlər iki və çox komponentli yer adlarının yalnız ikinci komponenti
yerində işlənərək, adlarını daşıdıqları müxtəlif obyekt növlərinin yerləşdiyi
sahənin həcmini, böyük və ya kiçikliyini, hündür və ya alçaqlığını, dərin və
ya dayazlığını, obyekt suxurlarının rəngini, suyun keyfiyyətini və s.
müəyyənləşdirmək vəzifəsini yerinə yetirir. Göstərilən topokomponentlər
bir sıra yer adlarında müasir Azərbaycan dili və onun dialekt və şivələri
üçün səciyyəvi olan rəng mənasında işləndiyi halda, böyük bir qrup coğrafi
adlarda isə arxaik sayılan, bəzən isə yalnız daşlaşmış ifadələrin tərkibində
saxlanan bir sıra başqa mənalar da daşıyır.21
Мüasir türk dillərində, eləcə də dialekt və şivələrdə relyefin ən xırda
elementlərini ifadə edən sözlər – coğrafi terminlər vardır. Məsələn, müasir
türk dillərində ümumiyyətlə, müsbət relyef formalarının adları kimi dağ
(tağ) və too (tuu, tau) və təpə sözləri ilə yanaşı, həmin bu obyektlərin xırda
hissələrinin adlarını bildirən aduş, alaşar, aran, art, bair, bək, ik, ir, yazı,
Dostları ilə paylaş: |